• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan XİN: Azərbaycan Cənubi Qafqazın əsas ölkəsi və bizim əzəli dostumuzdur

Pakistan XİN: Azərbaycan Cənubi Qafqazın əsas ölkəsi və bizim əzəli dostumuzdur
12.01.2021 16:52
Pakistan və Azərbaycanın xarici işlər nazirləri neft-qaz, kənd təsərrüfatı, dəmir yolları və təhsil sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsini müzakirə edəcəklər.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
"Pakistanın xarici işlər naziri Mahmud Qureyşinin dəvəti ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13-14 yanvar 2021-ci il tarixində İslamabadda səfərdə olacaq. Bu, 2010-cu ildən bəri xarici işlər naziri səviyyəsində Azərbaycandan ilk səfər olacaq. İki xarici işlər naziri nümayəndə heyətləri səviyyəsində danışıqlar aparacaq və ikitərəfli münasibətlərin bütün spektrini nəzərdən keçirəcəklər. Yeni ilin başlanğıcında reallaşacaq bu səfər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi yollarını və vasitələrini araşdırmaq imkanı verəcək”, - deyə qeyd olunub.

Bildirilib ki, XİN başçıları neft-qaz, kənd təsərrüfatı, dəmir yolları və təhsil sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsini müzakirə edəcəklər: "Azərbaycan Cənubi Qafqaz regionunun əsas ölkəsidir və Pakistanın əzəli dostu və tərəfdaşıdır. İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Hər iki ölkə regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun üzvü kimi Kəşmir xalqının haqlı və qanuni işinə əzmlə dəstək verir”.
Məlumatda o da bildirilib ki, nazir Ceyhun Bayramov bir sıra yüksək səviyyəli şəxslərlə görüşəcək.
Qeyd edək ki, sabah İslamabadda Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının görüşü keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol