• $
  • €
  • ₽
  • ₺
  • £

Putin FTX direktoruna yeni birinci müavin təyin edib

Putin FTX direktoruna yeni birinci müavin təyin edib
04.03.2021 22:00
Rusiya Prezidenti Vladimir Putin general-polkovnik Sergey Korolyovu Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini təyin edib.


Anews.az RBK-ya istinadən xəbər verir ki, bunu FTX-yə yaxın mənbə bildirib.


V.Putin fevralın 24-də xidmətin mərkəzi aparatında keçirilən kollegiya iclasında iştirak edib və orada S.Korolyovun təyinatı ilə bağlı sərəncamı imzalayıb.


O, bu təyinatadək FTX-nin İqtisadi Təhlükəsizlik İdarəsi Xidmətinin rəisi işləyib.


Qeyd edək ki, bir müddət əvvəl FTX direktorunun birinci müavini Sergey Smirnov vəzifədə olmanın yaş həddi ilə əlaqədar işdən çıxarılıb.


Xatırladaq ki, Sergey Korolyov 1962-c il iyulun 25-də Qırğız Respublikasının Bişkek şəhərində anadan olub. "Novoya qazeta” və "The Insider”in məlumatına əsasən, 1990-cı illərdə S.Korolyov bir müddət özəl mühafizə xidmətində işləyib. 1993-2000-ci illərdə Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukun əvvəllər baş direktorun müavini olduğu "Mebel-Market” Səhmdar Cəmiyyətdə mühafizə xidmətində çalışıb. O, 200-2011-ci illərdə Rusiya Müdafiə Nazirliyində Baş Kəşfiyyat İdarəsi ilə əlaqədar vəzifədə işləyib. Anatoli Serdyuk Rusiyanın müdafiə naziri təyin ediləndən sonra onun müşaviri olub. 2012-ci ildə S.Korolyov FTX-nin Xüsusi Təhlükəsizlik İdarəsinə başçılıq edib.


FTX-nin direktoru Aleksandr Bortnikovdur. O, 1951-ci il noyabrın 15-də Rusiyanın Molotov şəhərində anadan olub. O, 2008-ci il mayın 12-də FTX-nin direktoru təyin edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol