• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən Anım Günü ilə bağlı QƏRAR

Baş nazirdən Anım Günü ilə bağlı QƏRAR
17.03.2021 15:54
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarına dəyişiklik edilib.


Anews.az-ın xəbərinə görə, bununla bağlı Baş nazr Əli Əsədov qərar imzalayıb.


Dəyişikliklə, vahid büdcə təsnifatında müəyyən tədbirlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan xərclər hissəsində tədbirlərin siyahısına Azərbaycan Respublikasında Anım Günü əlavə olunub.


Qeyd edilib ki, Əmək Məcəlləsinə "Azərbaycan Respublikasında Anım Günü” adlı yeni 106-1-ci maddə əlavə edilib.


Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında müəyyən tədbirlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan xərclər hissəsində tədbirlərin siyahısına Azərbaycan Respublikasında Anım Gününün əlavə olunması zərurəti yaranıb.


Qeyd edək ki, Prezidentin sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin xatirəsinin anılması üçün Anım Günüdür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol