• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB koronavirusun Britaniya ştammı ilə bağlı əhaliyə çağırış edib

TƏBİB koronavirusun Britaniya ştammı ilə bağlı əhaliyə çağırış edib
18.03.2021 13:54
"Dünyanın 110 ölkəsində COVID-19-un mutasiyaya uğrayan yeni ştammı aşkar edilib və artıq bir neçə halda Azərbaycanda da Britaniya ştammı təsdiqlənib”.

Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

O qeyd edib ki, yeni ştammın əsas fərqi daha yoluxucu olmasıdır: "Virusun başqa xüsusiyyətlərində - istər öldürücülük, istərsə də xəstəlik törədici qabiliyyətində elə bir fərq aşkar edilməyib. Mahiyyətcə COVID-19-dur, sadəcə dəyişikliyə uğrayıb”.

TƏBİB rəsmisi bildirib ki, ölkədə istifadə edilən vaksin ştammların törətdiyi xəstəliyi yüksək effektivliyi ilə müalicə edəcək: "Yeni ştammın törətdiyi xəstəliyin əlamətləri əvvəlkilərdən fərqlənmir. Hər kəs bilməlidir ki, virusun törətdiyi xəstəliyik öldürücülük, xəstəliyin ağırlığı nöqteyi-nəzərdən əvvəlki ştammlardan fərqlənmir. Qorunma tədbirlərinə ciddi əməl edilməlidir. İki aydır ölkədə vaksinasiya tədbirlərinə start verilib və yarım milyondan çox insan peyvənd vurdurub, onlarda immunitet yaranıb. Bundan sonra da vaksinasiya işləri davam edəcək. Əgər əhalinin müəyyən bir qismində yaxın müddətdə immunitet yarada bilsək pandemiya bizim üçün əvvəlki kimi təhlükəli olmayacaq”.

A.Qurbanov əlavə edib ki, yeni ştammların törətdiyi xəstəliyin müalicəsi əvvəlki ilə eynidir: "Heç bir dəyişiklik yoxdur. Qorunma tədbirləri də eynidir. Sürətlə yayılmaya görə qorunma tədbirlərinə ciddi yanaşmaq lazımdır. Çünki yoluxma nə qədər sürətlə yayılsa xəstəlik də bir o qədər çox olacaq. Həkimlərin heç bir əlavə təlim keçməsinə ehtiyac yoxdur. Müalicə üsulları eyni olaraq qalır. Əvvəlki virusdan sadəcə daha yoluxucudur. Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Tibbi maskadan istifadə, əl gigiyenası, sosial məsafə, sıxlıq olan yerlərdən uzaq durmaq, lüzumsuz təmaslardan çəkinmək lazımdır. Bizi bir qədər sakitləşdirən bir şey var ki, əhalinin müəyyən qismi peyvənd vasitəsilə immunitet qazanıblar. Bütün insanlara tövsiyə edirəm ki, vaksin vurdursunlar. Çünki peyvənddən başqa qoruyucu vasitəmiz yoxdur”.(report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol