• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva - Tehran- Pekin: Şərq Bloku Qərbə qarşı

Moskva - Tehran- Pekin: Şərq Bloku Qərbə qarşı
30.03.2021 10:20
Müasir dünyada dövlərin ayaqda qalması çox çətin görünür.

Az qala, hər dəfəsində elm geri qayıdaraq Marksa haqq qazandırmağa çalışır: Dövlətlər keçicidir, ictimai münasibətlər isə daim.
Dövləti 3 minilliyə söykənən İranla  bağlı yaşananlar sözün əsl mənasında Şərqin ən dərin üzünün necə iflas etdiyini, qorxu mənbəyinə çevrildiyini və ayaqda qalmaq naminə varlığını uzaq Şərqin əjdahasına qurban verdiyini təəssüflə seyr etməkdən başqa əlimizdən heç nə gəlmədiyini etiraf etməli oluruq.
 İran və Çin rəsmilərinin 25 illiyə imzaladığı "Bir Kəmər - Bir yol" layihəsinə qoşulması münasibətilə "rəsmi nikah" törənindən fotolar çox şey demədi bəlkə də. 

Amma regionumuzda artıq yeni bir güc var, Çin kiber ordusu, Çin ordusu və ya İran kloun dövləti.
Yaxın vaxltların siyasi ədəbiyyatında Çinin dünya siyasi ədəbiyyatına daxil etdiyi "Borc doplomatiyası" anlayışı sərhədlərimizə çatmaqla yanaşı, artıq yeni təhlükəni də bölgəyə daşımış oldu.

Bizim üçün yeni dünya nizamını müəyyən edən Qarabağ müharibəsindən sonra imperiyaların qovşağındakı yerimizi dəqiqliklə müəyyən edə bilmişdik ki, İran, Rusiya, Türkiyə, Şərq- Qərb platformaları qovuşağına bir də Çin faktoru əlavə edildi.

Bütün limanlar, aeroportlar, yollar, strateji obyektlər Çinin əlində yer almaqla qalmayacaq, illərin nüvə silahı, sanksiyalar, Qərblə toqquşmaların yeni fazası və bunu sürətləndirən Baydençilik, yeni avro-atlantik bloklaşma, sanki dünya müharibələrindən əvvəlki ittifaqlaşma dönəmini xatırladır.

Müqavilənin ana xətləri:

- Nüvə silahı məsələsinə dair fərqli baxışlar,
- İnsan haqlarına dəyişik baxışlar,
- İqtisadi əlaqələr,
- Hərbi əməkdaşlıq,
- Sanksiyalara qarşı birlikdə mübarizə,
Çinin İrana kaital qoyuluşunun ilginc bir rəqəmə - 400 milyard dollara çatacağı qeyd edilir.

İndi isə İranla Çinin bağladığı müqavilənin iddia edilən gizli detallarına baxaq:

İngilis araşdırmaçı Simon Watkins bildirir ki, razılaşma hərbi, kəşfiyyat və neft sənayesini əhatə edir.

Əsas məqsəd: regionda geopotilik dəyişiklik yaratmaq.
Yəni, bu ikilunin tandemində daha bir qüvvə də var- Rusiya.

Üç ölkə kəşfiyyat xidmətlərinin işinin birləşdirir.
İranın Həmədan, Bəndər - Abbas, Çhabahar, ABADAN hərbi bazaları hər iki dövlətin qırıcı eskodronu tərəfdindən istifadəyə götürür.
İki ölkə xüsusilə də Bəsrə körfəzində NATO-nun ən müasir silahlarına qarşı xüsusi batareyalar yerləşdirəcək, Körfəz ölkələrinin silahlı gücləri zərərsizləşdirilir, Rusiyanın S-400-ləri ABŞ və İsrail hücum effektlərinin heçə endirir....

NATO PUA-larına qarşı Rusiya Kraşuka 1 və 2, sistemlərini verir və hər il 110 iranlı hərbçi təhsil üçün bu ölkələrə göndərir.
Nəticə: Tehran - Moskva - Pekin Birliyi ərəb ölkələrini, Şərqi, NATO güclərini zərərsizləşdirir, AVRASİYAda sahiblik ələ keçirir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol