• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov ABŞ-ı “küçə xuliqanı”na bənzətdi

Lavrov ABŞ-ı “küçə xuliqanı”na bənzətdi
01.04.2021 17:46
"ABŞ "küçə xuliqanı” kimi davranır və Rusiya qarşıdurma istəməsə də, özü üçün cavab verə bilər”.

Anews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda yayımlanan "Böyük Oyun” proqramının efirində bildirib.

"Bilirsiniz, indi nələrin baş verdiyini həyati obrazlarla təsvir etmək dəbdədir. Hamımız uşaqlıqda həyətdə oynayırdıq. Müxtəlif yaşda, fərqli məktəblərdən tərbiyə görmüş uşaqlar bir yerdə yaşayırdılar.
 
Həm də həyətdə həmişə iki-üç əsas xuliqan olurdu: hamını sıraya düzürdülər, cəzalandırırdılar, ayaqqabılarını təmizləməyə məcbur edirdilər, pullarını götürürdülər - hansı ki, anaları səhər yeməyi və ya şirniyyat almaq üçün vermişdi. Ancaq iki, üç, dörd il keçəndən sonra bu balaca uşaqlar böyüdülər və cavabını verə bildilər. Bizim heç böyüməyə ehtiyacımız yoxdur. Heç bir qarşıdurma axtarmırıq”,- deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ "Şimal Axını 2” layihəsinə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyini açıqlamışdı. Mart ayının ortalarında isə Vaşinqton müxalif bloqqer Aleksey Navalnı ilə bağlı baş verənlərə görə Rusiyaya ixrac məhdudiyyətlərini genişləndirib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol