• $
  • €
  • ₽
  • ₺
  • £

Turan ellərindən REPORTAJ

Turan ellərindən REPORTAJ
02.06.2014 16:06

Mərkəzi Asiyanın ərazisinə görə ən iri ölkəsində yeni şəhərin salınması xəbərini və bu münasibətlə ötən ayın 24-26-da orada keçiriləcək qurultaya dəvət almağımı tarixi şans kimi dəyərləndirib Qazaxıstana yola düşdüm.

Rəsmi statistik göstəricilərə görə, mövcud əhalinin 40 faizini ruslar təşkil edir. Amma sovetlər birliyi dağılanda həmin göstərici 60 faiz civarında imiş. Prezident Nursultan Nazarbayevin yürütdüyü milli siyasət nəticəsində qazax türklərinin sayı çoxalmaqda davam edir. Səfər müddətində ölkənin beş şəhərində olduq və apardığım müşahidələr göstərir ki, Qazaxıstanın inkişaf göstəricilərinə görə Azərbaycana çatmasına ən azı 10 il var. Hər yerdə milli kökə, tarixi keçmişə əsaslanan şüarların vurulması, bir sözlə, milli şüurun aşılanmasını təbliğ edən yad dəyərlərin Qazaxıstandan kənarda olması müsbət mənada dəyərləndirilə biləcək hal hesab edilə bilər.

Bakıdan Almatıya, Almatıdan Çimkənd şəhərinə yola düşdük. Təəssüflə qeyd etmək istərdim ki, bir türk ölkəsindən digər türk ölkəsinə təyyarə bileti çox baha idi. Müqayisə üçün deyim ki, Nyu-Yorkdan İstanbula iki tərəfli biletin qiyməti 470 manat olduğu halda, bizim gedəcəyimiz yerə biletin dəyəri 500 manat təşkil edirdi. Məncə, türk birliyi yolunda addımlayan ölkələr öncə bu məsələyə daha çox diqqət ayırmalıdırlar. İctimai səviyyədə gediş-gəliş sürətlənmədən, yalnız siyasətçilərin qərarı ilə baş tutacaq birliyin dayaqları möhkəm ola biməz. Yeni salınan Turan şəhəri Daşkən-Çimkənd magistralının 70-ci kilometrliyində - Kazıkurt adlanan bölgədə yerləşir. Otuz hektarlıq torpaq sahəsində hələ ki bir bina ucaldılıb. Elə şəhərin açılışı ilə bağlı türk xalqlarının qurultayı da həmin binada keçirilirdi. Qurultaya türk dünyasının müxtəlif yerlərindən 150-dən yuxarı qonaq qatılmışdı. Qazax, qırğız, özbək, Ahıska türkü, saxa, tatar, yakut, tuva, osmanlı türkü, noqay, karaim, xakas və s. türklərin qatıldığı tədbirə Azərbaycan türkləri olaraq 12 nəfərlik nümayəndə heyəti ilə iştirak edirdik. Yeni Nəfəs Hərəkatı, Dünya Azərbaycanlıları Konqresi, Borçalı Cəmiyyəti, Azərbaycan-Türkiyə Evi, Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) rəhbərlik səviyyəsində, bundan başqa, alimlər Məhəmməd Teymurlu, Babək Abuşov, jurnalistlər Aqil Ələsgər, Tamilla Qulaminin iştirakı ilə nümayəndə heyəti törəndə aktivlik nümayiş etdirdilər. Yeni Nəfəs Hərəkatı olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə apardığım kitablardan “Qarabağ sərgisi” təşkil etdik. Türk Xalqları Ümumdünya Assambleyasının prezidenti Yermentay Suiltanmurada Azərbaycan adından həmin ədəbiyyatlardan təqdim etdim. Digər təşkilatlar da apardığı ədəbiyyatları qurultay iştirakçılarına payladılar. Türk Dünyasının müxtəlif yerlərindən gələn türklərlə əlaqələr quruldu, milli problemlər ətrafında çıxışlar oldu və bir növ Türk Dünyası bir damın altında birləşdi.Səfərimizi daha məhsuldar etmək üçün həmin gün gecə Qazaxıstanın tarixi şəhərlərindən biri olan Türküstana gəldik. Məlumatıma görə, Türküstan keçmişdə Özbəkistan ərazisinə düşürmüş. Türküstanda turistlərin böyük maraqla ziyarət etdiyi Əhməd Yəsəvi türbəsini görmək bizim də arzumuz idi. Türküstana ATXƏM-in icraçı direktoru İlqar İlkinin təşəbbüsü ilə yola düşmüşdük. Elə gəldiyimiz gün də Yəsəvi türbəsini ziyarətə getdik. Türbə Əmir Teymurun göstərişi ilə tikilib. İçində Əhməd Yəsəvinin qəbri, Əmir Teymurun ehsan qazanı, müxtəlif tarixi eksponatlar var. Türbə bir çox özəlliklərinə görə (tikiliş üslubu, müxtəlif tarixi eksponatlar, qarşısındakı qızılgüllərdən ibarət bağ və s.) gələn qonaqları heyran qoyurdu. Türküstan şəhərinin özəlliklərindən biri odur ki, burada tikilən binalar Yəsəvi türbəsindən hündür ola bilməz. Bütün binaların tikilişində bu, nəzərə alınır. Hətta Əhməd Yəsəvi adına universitet dördmərtəbəli olduğu üçün nisbətən çökək ərazidə tikilib ki, hündürlük məsələsi qorunub saxlanılsın. Səfərimizin üçüncü günü nəinki Türküstan şəhərinin və ya Qazaxıstanın, Türk Dünyasının tanınmış universitetlərindən olan Əhməd Yəsəvi Universitetəndə qonaq olduq. Universitetdə 50-dən yuxarı azərbaycanlı tələbə təhsil alır. Onların təhsili, yataqxana şəraiti ilə tanışlıq tələbələrimizi çox sevindirmişdi. Tələbələr təhsilləri ilə yanaşı olduqları yerdə birliklərini yarada bilmiş və ictimai həyatda da aktiv şəkildə iştirak edirlər. Universitetin həyətində Xocalı soyqırımına ucaldılmış abidə onların maddi və mənəvi təşəbbüskarlıqlarının nəticəsi idi. Universitet Türkiyə və Qazaxıstanın ortaq fəaliyyətinin nəticəsi olaraq tam modern və milli üslübda tikilib. Universitetin binaları, muzeyi, dekanların iş otaqları ilə tanış olduq və rektorluqdakı görüşümüzdəki söhbətlərdə, tələbələrin təhsili, universitetin əsas funksiyası ətrafında söhbətlərimiz davam etdi. Bu ziyarətin təşkilində keçmiş dekan Bülent Şen bizə yaxından köməklik etdi. Görüşün sonunda əməkdaşlıqla bağlı qərara gəldik, tələbələrimizlə sıx əlaqə qurduq.Sonda onu da vurğulayım ki, Türküstan iqliminə görə Bakıya çox yaxındır. Demək olar ki, eyni paralel üzərində yerləşir. Bakıdan fərqli olaraq Türküstanda rütubət çox aşağı olduğundan isti hava insanların səhhətinə bir o qədər də mənfi təsir göstərmir. Mərkəzi Asiyanın bu iri ölkəsində son dayanacağımız Çimkənd şəhəri oldu. Çimkənd-Aktau-Bakı reysi ilə vətənə qayıtdıq. Dörd gün Azərbaycandan ayrı qalsaq da onu nə qədər sevməyi, dəyər verməyi bir çox yoldaşlarımın davranşlarından hiss etdim.SeymurANN.AzBakı-Türküstan-Bakı 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol