• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşadakı strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb

Şuşadakı strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb
22.09.2021 15:35
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası videokonfrans formatında keçirilib.


Anews.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının 16 sentyabr tarixli iclasından irəli gələn vəzifə və tapşırıqların İşçi Qrup tərəfindən icrası ilə bağlı məsələlər müzakirə olunub.


İşçi Qrupunun ötən iclasından keçən müddət ərzində müvafiq ərazilərimizdə enerji təyinatlı infrastrukturun bərpasından irəli gələn tədbirlərlərin icrası, qəbul edilmiş qərarların həyata keçirilməsi üzrə görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib. İşçi Qrupunun üzvləri tərəfindən ötürücü və paylayıcı elektrik veriliş xətlərinin çəkilməsi, müvafiq yarımstansiyaların qurulması, müəyyən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi, istilik təchizatı və s. kimi istiqamətlərdə təqdim edilən məlumatlar dinlənilib, suallar cavablandırılıb.


Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb. Elektrik enerjisi infrastrukturunun qurulması istiqamətində görülmüş işlər diqqətə çatdırılıb, elektrik yarımstansiyalarının inşasının davam etdirildiyi vurğulanıb. İstilik təchizatı sisteminin əsasını təşkil edən qazanxanaların əksəriyyətinin elektrik enerjisi ilə işləyəcəyi nəzərə alınmaqla infrastruktur layihələri içərisində elektrik enerjisi ilə təminatın xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib. Cari il sentyabrın 19-da Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə yerində baxış keçirildiyi bildirilib və monitorinqin nəticələri barədə təqdimat nümayiş etdirilib, məhəllədaxili və binadaxili istilik sistemləri üzrə görülmüş işlərlə bağlı məlumat verilib.




Cəbrayıl rayonu ərazisindəki Araz çayının su və energetika ehtiyatlarının Azərbaycan və İran tərəfindən birgə istifadəsinə imkan verəcək "Xudafərin” və "Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi üzrə görülən işlər və stansiyaların gələcək istismarına dair məsələlər nəzərdən keçirilib.


İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, işçi qruplar arasında koordinasiyanın effektivliyinin artırılması və zərurət yarandıqda birgə iclasların keçirilməsi praktikasına üstünlük verilməsi tövsiyə olunub.


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol