• $
  • €
  • ₽
  • ₺
  • £

“Paşinyan dedi ki, status məsələsi yoxdur”

“Paşinyan dedi ki, status məsələsi yoxdur”
31.10.2021 12:47
Ermənistanda daha bir müxalifətçi - "Hayastan” blokundan deputat və "Daşnaksütun” partiyasının üzvü İşxan Saqatelyan ötən ilin oktyabrında, müharibənin şiddətli vaxtında Baş nazir Nikol Paşinyanın parlamentdənkənar müxalifət qüvvələri ilə keçirdiyi qapalı görüşün təfərrüatını danışıb.

Anews.az-ın virtualaz.org-a istinadən məlumatına görə, o bildirib ki, Paşinyan həmin görüşdə təslim olmaq haqda sazişi imzalamağa hazırlaşdığını deyib.

"Mən isə dedim ki, kapitulyasiya bizim dövlətimizin dağıdılmasıdır”, - Saqatelyan bildirib.

"Oktyabrın 19-da o görüşü bu sözlərlə başladı ki, situasiya ağırdır, bizim çoxsaylı itkilərimiz var. Dedi mənə Araik Arutyunyan zəng vurub və deyib ki, bütün keçmiş prezidentlər, o cümlədən, Serj Sərkisyan, bütün siyasi qüvvələr ona müraciət edib, əvvəllər müzakirə edilmiş variantlar əsasında danışıqlara başlamağa və hərbi əməliyyatların dayandırılasına çağırıb. Bu aşkar yalandır”, - Saqatelyan deyib.
Əlavə edib ki, daşnaklar heç vaxt belə təklif verməyiblər.

Onun sözlərinə görə, Paşinyan həmin sözləri deyəndən sonra guya Araik Arutyunyanın ona müraciət etdiyini təsdiqləyən hansısa sənəd göstərib. Bildirib ki, müharibəni dayandırmaq üçün rayonları 5+2 formatında qaytarmaq lazımdır.

"Mən maraqlandım, heç olmasa status məsələsi varmı, cavab verdi ki, yoxdur. Əlavə etdi ki, bu, Lavrov planıdır, hansısa xırda detallar əlavə edilməklə. Ona müraciət edib dedim: sən faktiki olaraq 23-24 gündür qışqırırsan ki, "qalib gələcəyik”, indi isə kapitulyasiyanı imzalamağa gedirsən. Cavab verdi ki, situasiya belədir və "keçmiş hakimiyyətlər” yaxşı irs qoyub getməyiblər”, - Saqatelyan bir il əvvəlki qapalı görüş haqda danışarkən bildirib.

Bundan əvvəl Respublika partiyasının sədr müavini Eduard Şarmazanov Paşinyanın ötən il oktyabrın 19-da keçirilmiş görüşdə dediklərini açıqlamışdı, bildirmişdi ki, Paşinyan həmin vaxt psixoloji baxımdan çox pis vəziyyətdə idi. Müharibəni dayandırmaq üçün rayonların qaytarılmalı olduğunu deyirdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol