• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi

İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
05.11.2021 19:18
Bu gün Prezident İlham Əliyev inauqurasiya günü ərəfəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə telefonla zəng edib.

Anews.az xəbər verir ki, söhbətin əvvəlində Azərbaycan Prezidenti Özbəkistan dövlətinin başçısını ölkə Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi təbrik edib, özbək xalqının əmin-amanlığının və firavanlığının təmin edilməsi işində ona uğurlar arzulayıb.

Özbəkistan lideri də öz növbəsində dövlət başçısını və Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, sülh və tərəqqi arzularını çatdırıb. Dövlət başçısı təbrikə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin və çoxplanlı əməkdaşlığın genişləndirilməsinin aktual məsələləri müzakirə edilib. Dövlət başçıları qarşılıqlı ticarət göstəricilərinin və iqtisadiyyatın müxtəlif sahələrində müştərək layihələrin sayının artmasının davamlı dinamikasını məmnunluqla qeyd ediblər.

Uğurlu kooperasiya nümunələri kimi bu il Hacıqabul şəhərində avtomobillər istehsalına başlanması, kənd təsərrüfatı və ipəkçilik sahəsində layihələr qeyd edilib.

Bildirilib ki, gələn ay Bakı şəhərində Özbəkistanın milli sənaye sərgisi keçiriləcək. Hökümətlərarası komissiyanın və İşgüzar Şuranın növbəti iclaslarına hazırlıq gedir.

Nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən paytaxtlar arasında aviasiya reyslərinin bərpası məsələləri də nəzərdən keçirilib. Özbəkistan və Azərbaycan ərazisində müntəzəm olaraq birgə mədəni-humanitar tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Prezidentlər regional qarşılıqlı fəaliyyətin ən mühüm aspektləri, o cümlədən Türk Şurasının qarşıdakı Zirvə görüşünün gündəliyi barədə fikir mübadiləsi aparıblar. Yüksək səviyyədə görüşlərin qrafiki nəzərdən keçirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol