• $
  • €
  • ₽
  • ₺
  • £

Ümid edirəm ki, bu məsələ daha detallı araşdırılacaq - Mİllət vəkili

Ümid edirəm ki, bu məsələ daha detallı araşdırılacaq - Mİllət vəkili
17.11.2021 12:22
 Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin təqaüdlərində nəzərəçarpacaq artım oldu. Ancaq müharibə iştirakçılarının təqaüdlərində olmadı. Bu həm I Qarabağ savaşının iştirakçılarına aiddir, həm də Vətən müharibəsinin. Ümid edirəm ki, bu məsələ daha detallı araşdırılacaq və müsbət sonluğunu tapdığı halda minlərlə müharibə iştirakçısının sevincinə səbəb olacaq.
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Elnur Allahverdiyev Milli Məclisin bu gün keçirilən "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

"Dünya maliyyə böhranı kimi qlobal, torpaqlarımızın bütövlüyü uğrunda müharibə kimi taleyüklü təhdid və çağırışlara baxmayaraq, Azərbaycanda dövlət büdcəsi ənənəvi olaraq sosialyönümlü olur. Gələn ilin büdcəsi də istisna deyil. Nəzərə almalıyıq ki, sosial müdafiə xərclərində də nəzərəçarpacaq artımlar olacaq. Deməli, sosial siyasət sferasındakı daha geniş spektr problemlərin çözümünə nail ola bilərik. Bu istiqamətdə hökumətin atdığı addımlar tədqirəlayiqdir.Başqa bir məsələ əlilliyin müəyyən edilməsi üçün tətbiq edilən yeni üsuldan irəli gələn çətinliklərdən gedir. Onun müasir və dünya standartlarına uyğun olmasına rəğmən, çətinliklər və narazılıqlarla müşayət olunduğunu da qeyd etməliyik. Əhali ilə yaxından ünsiyyətdə olan şəxs kimi deyə bilərəm ki, bu mövzuda müraciətlər digər məzmunlu problemlərdən çoxdur. Vətən müharibəsindən sonra tək sıravi vətəndaşlar deyil, qazilərimiz də onlara verilən əlillik qruplarından razı qalmadıqlarını bildirirlər. Ümid edirəm ki, qarşıdakı dövrdə bu məsələ araşdırılacaq və müsbət çözümünü tapacaq.

Gülnar Nazimqızı
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol