• $
  • €
  • ₽
  • ₺
  • £

KOBİA əcnəbi sərmayədarların ölkəyə cəlb olunmasında maraqlıdır

KOBİA əcnəbi sərmayədarların ölkəyə cəlb olunmasında maraqlıdır
17.11.2021 13:26
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycana əcnəbi sərmayədarların cəlb olunmasında maraqlıdır".
 
Anews.az xəbər verir ki, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun iclasında bildirib.
 
O deyib ki, görülən işlər sayəsində kiçik və orta müəssisələrin informasiya və marketinq sarıdan dəstəklənəcəyi, ixracat yönümlü müəssisələrə dəstək veriləcəyi, müştərək layihələrin hazırlanması və həyata keçirilməsi üçün əməkdaşlıq platformu inkişaf etdiriləcək.
 
"İkitərəfli işgüzar əməkdaşlıq müstəvisində KOBİA Azərbaycana əcnəbi sərmayədarların cəlb olunmasında maraqlıdır və onlara lazımi dəstək verməyə hazırdır.
 
Belə ki, Rusiya iş adamları bizim Kiçik və Orta Biznesin İnkişafı mərkəzlərindən yararlana bilər. Mərkəzlər həmin müəssisələr üçün təlim, inkubasiya proqramları keçirir, məsləhətçi xidmətləri göstərir. Bununla yanaşı, "one-stop-shop” sisteminə əsasən G2B və B2B xidmətləri göstərildiyi Kiçik və Orta Biznes evlərimizdə də işgüzar fəaliyyətin təşkili üçün bütün lazımi sənədləşmələr həyata keçirilir. Həmçinin agentliyimiz yerli bazarı araşdırmaq üçün sahibkarlara maliyyə dəstəyi də verir.
 
Digər istiqamətlərdə maliyyə fəaliyyətimizə gəlincə, KOBİA ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafı ilə bağlı elmi, təhsil, tədqiqat layihələri üçün qrantlar da ayırır. Agentliyimiz həmçinin işgüzar tərəfdaşlar tapmaqda da Rusiya iş adamlarına dəstək verə bilər. Bu baxımdan Azərbaycanın 25-dən artıq şəhər və bölgəsini əhatə edən "KOS Dostları Şəbəkəsi”ni qeyd etmək istərdim”,- KOBİA rəhbəri vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol