• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa qayıdış yeni elektron sistem əsasında aparılacaq

Qarabağa qayıdış yeni elektron sistem əsasında aparılacaq
21.12.2021 11:41
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın - repatriasiya və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün elektron idrarəetmə sistemi yaradır, bu barədə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov məlumat verib.


O bildirib ki, Böyük Qayıdış mürəkkəb və məsuliyyətli işdir.
 
"Dövlət Komitəsi də bu sahədə funksional vəzifələrini yerinə yetirməyə hazırdır, bu prosesin çevik, effektiv və şəffaf şəkildə aparılmasına nail olmaq üçün tədbirlər həyata keçirir. Belə ki, komitədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və daimi yaşayış yerlərində dayanıqlı məskunlaşması məqsədilə hazırlanmış "İLK (İnamlı, Ləyaqətli, Könüllü) addım” layihəsi çərçivəsində "Qayıdış və reinteqrasiya” elektron idarəetmə sisteminin yaradılması üzərində işlər yekunlaşır. Komitədə hazırlanmış və müvafiq qurumlara təqdim olunmuş "İşğaldan azad edilmiş ərazilərə qayıdış və reinteqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun, qayıdış və reinteqrasiya proseslərinin aparılması üçün normativ-hüquqi aktların layihələrində köçürülmənin, daimi məskunlaşmanın və reinteqrasiyanın müəyyən olunan meyarları və prinsipləri təsdiq edildikdən sonra yeni sistemin alqoritmləri ilə sinxronlaşdırılacaqdır”, - deyə nazir əlavə edib. 

Nərimanovun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması zamanı ən müasir texnologiyalar tətbiq edilir.
 
""Ağıllı şəhər”, "ağıllı kənd”, "yaşıl enerji zonası” yaradılması kimi innovativ layihlərin icrasına başlanılıb. "Ağıllı kənd” layihəsi üzrə Zəngilan rayonunun Ağalı kəndində, ilkin mərhələdə, 200 fərdi yaşayış evi inşa edilir və sosial-texniki infrastruktur yaradılır. Komitə Ağalıya qayıdış prosesini məcburi köçkünlərin vahid məlumat bazasından və "elektron hökumət”ə inteqrasiya olunmuş, müxtəlif qurumlara aid servislərdən istifadə etməklə yeni qurulmuş "Qayıdış və reinteqrasiya” elektron idarəetmə sistemi ilə aparmağa hazırlaşır”.
O, qeyd edib ki, komitənin strukturunda İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsi son dövrdə yaradılıb. Bundan sonra məcburi köçkünlərin uçotu elektronlaşdırılıb və onun əsasında vahid məlumat bazası formalaşdırılaraq, "elektron hökumət” və digər dövlət qurumlarının informasiya bazaları ilə inteqrasiya edilib. Hər bir məcburi köçkünə aid məlumatların toplanıldığı vahid elektron məlumat bazası komitədə funksional fəaliyyətin çevikliyini və operativliyini yüksəltməklə, həm də idarəetməni asanlaşdırıb. İki ildir ki, komitədə sənəd dövriyyəsinin elektron sistemi tətbiq edilir.

Məcburi köçkünlərin statusu və müvafiq vəsiqəsi, müavinət təminatı, kommunal ödənişləri haqqında məlumatlar ayrı-ayrılıqda elektronlaşdırılıb və bu e-xidmətlərdən dövlət qurumları istifadə edirlər. Vətəndaşlara isə my.gov.az elektron sistemindən məcburi köçkün statusu haqqında arayış əldə etmək imkanı yaradılıb.

"Qayıdış və reinteqrasiya” elektron platformasının yaradılması ərəfəsində, qayıdışa hazırlıq məqsədilə komitənin keçirdiyi sorğular əsasında əldə olunmuş əlavə məlumatlar da daxil edilməklə məcburi köçkünlərin vahid məlumat bazası daha da təkmilləşdirilir”, - deyə o vurğulayıb. 

İşğaldan azad edilmiş ərazilərə qayıdışın uzunmüddətli proses olduğunu diqqətə çatdıran müşavir söhbətin yüz minlərlə həmvətənimizin daimi yaşayış üçün öz ata-baba yurduna qaytarılmasından, özü də beynəlxalq səviyyədə qəbul edilən təhlükəsizlik, könüllülük və layiqli həyat şəraitinin təmin edilməsi prinsipləri əsasında qaytarılmasından getdiyini bildirib.

"Qayıdışın və reinteqrasiyanın həyata keçirilməsi üçün yaradılan yeni elektron sistemin bu prosesin gedişində qazanılan təcrübə əsasında daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Sonrakı mərhələdə dayanıqlı məskunlaşmaya, məşğulluğun təmin olunmasına, reinteqrantlara xidmətlərin göstərilməsinə dəstək verəcək mobil tətbiqin hazırlanması da gündəlikdədir”, - o deyib.










www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol