• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram Səfərov düşməni hədələdi

Bayram Səfərov düşməni hədələdi
08.05.2014 12:25

"Bu gün bütün dünyada aparılan siyasət ədalətsizdir. Bizim torpaqlarımızı azad edəcək yolda arxalandığımız Azərbaycanın xalqı, Ordusu və Prezidentidir".

Trend-in məlumatına görə, bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğalının 22-ci ildönümündə Şəhidlər xiyabanını ziyarət etdikdən sonra jurnalistlərə deyib.

B.Səfərov bildirib ki, nəyin bahasına olursa-olsun, Azərbaycanın xalqının, əsgərinin, Prezident, Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızı azad etməliyik: "Bir neçə gün bundan əvvəl möhtərəm Prezidentimizin Praqada Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçılarının sammitində etdiyi çıxış bir daha sübut etdi ki, o, bütün türk xalqlarının lideri, aparıcı qüvvəsidir, onun rəhbərliyi və siyasəti ilə torpaqlarımıza qayıdacağıq".B.Səfərov qeyd edib ki, ermənilər bilməlidirlər ki, kölgə altında qalmaqla müdafiəsizdirlər.B.Səfərov bildirib ki, 1989-cu ilədək Şuşanın əhalisi 23 min nəfər olub. Onlardan 20 min nəfəri azərbaycanlılar, yalnız 3 min nəfəri ermənilər olub. İndi Şuşanın azərbaycanlı əhalisinin sayı 31 min 500 nəfərə çatıb: "Hamı bilir ki, Azərbaycan əhalisinin sayı indi 10 milyona yaxınlaşıb. 10 milyon əhalinin döyüşən oğulları bəs edər. Bugünkü ordumuz MDB məkanında ən müasir silahlarla təmin olunub. Azərbaycanda təkcə orduya ayrılan xərc bütün Ermənistanın büdcəsindən çoxdur. Azərbaycan inkişaf edir. Ölkədə görülən işlər bir daha sübut edir ki, Azərbaycan haradadır, Ermənistan harada? SSRİ tərkibində olduğumuz zaman qardaş xalqlar kimi yaşamağımıza aldanmışıq. Bu gün Azərbaycan müstəqil dövlətdir və Azərbaycan Prezidenti İlham Əliyev dünyada böyük uğurlar qazanıb. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycanın bütün işğal altında olan rayonları azad ediləcək. Azərbaycanın uçrəngli bayrağı Şuşada Bayraq Meydanında dalğalanacaq".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol