• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ekoloji terrora görə Ermənistandan təzminat tələb edəcək - Əliyev

Azərbaycan  ekoloji terrora görə Ermənistandan təzminat tələb edəcək - Əliyev
04.05.2022 17:47
Rəsmi Bakı Azərbaycan ərazilərinin - Qarabağın və Şərqi Zəngəzurun işğalı zamanı ətraf mühitə və təbii sərvətlərə dəymiş ziyana görə Ermənistandan təzminat tələb edəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib. 

"Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistan ətraf mühitə xeyli ziyan vurub. Xüsusilə, 50-60 min hektarlıq meşə sahəsi tamamilə məhv edilib. Bu proses xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında kütləvi xarakter aldı. Əslində bu vəhşilik və soyğunçuluqdur. Xüsusilə də bunun nəticəsində Zəngilan rayonunun təbiətinə böyük ziyan dəyib”, - Əliyev prezidentin Zəngilan rayonu üzrə yeni təyin olunmuş nümayəndəsi Vahid Hacıyevi qəbul edərkən bildirib.

Onun sözlərinə görə, işğal dövründə Ermənistan  Zəngilan rayonu ərazisindəki Besitçay qoruğunun da böyük bir hissəsini dağıdıb. 

"Oxşar çirkin əməllər  müharibədən dərhal sonra Kəlbəcər və Laçın rayonlarında da onlara bu rayonları tərk etmək üçün vaxt verilərkən törədilib.  Azərbaycan hökuməti artıq Besitçay Təbiət Qoruğunun bərpası prosesinə başlayıb, lakin bu proses çox uzun vaxt aparacaq", -  Əliyev bildirib.

Prezident vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı dövründə Zəngilanda və digər rayonlarda da qeyri-qanuni qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olub, bu yataqlar vəhşicəsinə istismar edilib, bu yerlər ekoloji fəlakət zonasına çevrilib , çıxarılan qızıl isə qanunsuz olaraq xaricə ixrac edilib.

"Bütün bu cinayətlər cavabsız qalmayacaq. Biz dəymiş ziyanı hesablayırıq, dağıdılan bütün şəhər və kəndlərin pasportlaşdırılmasını həyata keçiririk. Biz bu faktlarla beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindəyik, bununla bağlı hazırlıq işləri gedir. Vejnəli qızıl yatağının (Zəngilan rayonunda yerləşir, red) qeyri-qanuni istismarı xarici vətəndaşlara, o cümlədən erməni köklü əcnəbi vətəndaşlara baha başa gələcək. Adlarını bilirik, bizə təzminat ödəyəcəklər. Onlar bizə dəymiş ziyana görə mütləq təzminat ödəyəcəklər”, - Əliyev əlavə edib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan sərhədyanı Oxçuçay çayına qarşı da ekoloji terror həyata keçirib. 

"Təəssüf ki, bu ekoterrorun müəllifi ermənilərlə bərabər "Cronimet” şirkətidir. Ermənistandakı mis-molibden zavodunun bütün tullantıları təmizlənmədən bu çaya atılıb, nəticədə o, sarı rəng alıb. Bu cinayətdir, bu ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərləri, çünki bu zavodun səhmdarları Ermənistanın keçmiş rəhbəri Serj Sarkisyan ilə yaxın və qohumluq əlaqələri olan şəxslər olub”, – prezident vurğulayıb.

Əliyev əlavə edib ki, Azərbaycan Almaniyanın hüquq-mühafizə orqanlarına, eləcə də "Cronimet” şirkətinə rəsmi müraciət edib.

 "Gəlin bu ekoterrorun nəticələrini təmizləyin. Amma heç bir cavab yoxdur, hüquq-mühafizə orqanlarından da cavab yoxdur. Biz bilirik ki, Avropada ekoloji məsələlərə nə qədər diqqət yetirilir...”, -  dövlət başçısı vurğulayıb.

Prezident Hacıyevə dəymiş ziyanın hesablanması, məhkəmələrə müraciət edilməsi barədə tapşırıqlar verib. 

N.Təbrizli
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol