• $
  • €
  • ₽
  • ₺
  • £

Xələf Xələfov: “Danışıqlarda çox böyük irəliləyişlər oldu”

Xələf Xələfov: “Danışıqlarda çox böyük irəliləyişlər oldu”
22.04.2014 18:55
“Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü çox məhsuldar keçdi. Danışıqlarda, xüsusilə də bu ilin payızında keçiriləcək Həştərxan sammiti ilə əlaqədar, çox böyük irəliləyişlər oldu”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.Nazir müavini bildirib ki, Həştərxan sammitinin yekun sənədinin bir sıra prinsipial məqamları üzrə ümumi razılaşma əldə olunub: “Bəzi məsələlər isə yenə də razılaşdırılmamış qaldı. Ekspertlər bu məsələlərin həlli istiqamətində işlərini davam etdirəcəklər. Həştərxan sammitinin payızda keçirilməsi nəzərdə tutulur. Sammitə qədər işçi qrupu fəaliyyətini davam etdirəcək. İki görüşün keçirilməsi nəzərdə tutulub. Bu görüşlər Tehranda və Həştərxanda keçiriləcək. Ümid var ki, bu görüşlərdə gündəlikdə duran məsələlərlə bağlı razılaşdırılmalar başa çatdırılacaq. Burada söhbət sammitin yekun nəticələri barədə dövlət başçıları tərəfindən qəbul olunacaq sənəddən gedir. Hidrometeorologiya sahəsi üzrə saziş layihəsi, nərə balıqlarının ovlanmasına moratorium qoyulması, fövqəladə halların aradan qaldırılmasına dair hökumətlərarası sazişin razılaşdırılması gündəlikdə qalmaqdadır. Sammitə qədər ekspertlər gərək bu işləri yekunlaşdırsınlar”.X. Xələfovun sözlərinə görə, Həştərxan sammitində imzalanacaq yekun sənədin müddəalarının əksər hissəsi razılaşdırılıb, qalan məsələlər üzrə ekspertlər müzakirələri davam etdirəcəklər.ANNET.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol