• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan “Qarabağın statusu” mövzusunu unutmalıdır - Əliyev

Ermənistan “Qarabağın statusu” mövzusunu unutmalıdır - Əliyev
16.06.2022 15:37
Rəsmi Bakı Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və "Qarabağın statusu” mövzusunu qaldırmağı dayandırmağa çağırıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev  cümə axşamı IX Qlobal Bakı Forumunda çıxışında deyib.

"Şifahi razılıq var idi ki, "Qarabağın statusu” ilə bağlı məsələ qaldırılmayacaq. Amma təəssüflər olsun ki, biz Ermənistan hökumətindən qondarma "Dağlıq Qarabağ”ın "statusu” ilə bağlı bəyanatlar eşidirik. Bu da tamamilə əks anlayışlardır.  "Dağlıq Qarabağ” yoxdur. 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib. Ərazimizdə belə bir inzibati struktur yoxdur. Ona görə də statusun hər hansı qeyd edilməsi yalnız yeni problemlərə gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdindən çəkinməlidir”, - Əliyev deyib. 

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırsa, bununla da Bakını öz ərazisi ilə bağlı oxşar addımlar atmağa məcbur edir.

"Əgər Ermənistan ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa yolu qalmayacaq. Üstəlik, tarixi nöqteyi-nəzərdən Azərbaycanın buna daha çox hüququ var”, - deyə Əliyev bildirib.

Onun sözlərinə görə, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən altı ay sonra sovet hökuməti "ölkəmizin tarixi hissəsini - Zəngəzuru əlindən alaraq Ermənistana birləşdirdi”.

Əliyev əlavə edib ki, "Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən yaxşı dərs almalı və Azərbaycana qarşı istənilən ərazi iddialarından əl çəkməlidir”.

Prezident eyni zamanda vurğulayıb ki, Azərbaycan öz Konstitusiyası çərçivəsində Qarabağda yaşayan erməni əhalinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək.
 
"Diqqətinizi çəkmək istədiyim daha bir məsələ Azərbaycanda yaşayan ermənilərlə bağlıdır. İnanıram ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə keçirilən üçtərəfli görüşün yekunları üzrə elan etdiyi bəyanatda Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin də nəzərə alınacağı açıq şəkildə əks olunub. Və biz bunu tam dəstəkləyirik. Konstitusiyamız Azərbaycanda bütün insanların hüquq və təhlükəsizliyini təmin edir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi ən böyük milli azlıq deyil. Konstitusiyamız bütün millətlərin nümayəndələrinə, o cümlədən uzun illər Azərbaycanda yaşayan ermənilərə bərabər hüquqlar verir”, - Əliyev deyib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol