• $
  • €
  • ₽
  • ₺
  • £

Brüsseldə müzakirələr geniş olsa da, asan deyildi - Paşinyan

Brüsseldə müzakirələr geniş olsa da, asan deyildi - Paşinyan
01.09.2022 15:44
Ermənistan xalqı Cənubi Qafqaz regionunda uzunmüddətli və hərtərəfli sülhün yaranmasında  maraqlıdır.  Bunu respublikanın baş naziri Nikol Paşinyan sentyabrın 1-də Ermənistan hökumətinin iclasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə dünən Brüsseldə keçirilən görüşdən danışarkən deyib.

"Əlbəttə aydındır ki, müzakirə geniş olsa da asan keçməyib. Amma bizim məqsədlərimiz bundan sonra da çıxışlarımda qeyd etdiyim məqsədlərdən ibarətdir. Ermənistan hökuməti  üçün gündəmdə sülhün tətbiq edilməsidir və burada onu həyata keçirmək üçün qətiyyət lazımdır. Hamımız başa düşməliyik ki, bu asan deyil və mümkün həll yolları da üzdə deyil. Bizim ardıcıl işləməliyik. Regionumuzda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olması xalqımızın arzusudur", -  Paşinyan bildirib. 

O, həmçinin əldə edilən razılaşmalar barədə də danışıb.
 
"Biz bu problemin həllinə daha çox diqqət yetirməliyik. Razılaşdığımız şey qısa şəkildə təqdim edildiyindən başqa təfərrüatlar yoxdur. Gələcəkdə hökumət, ictimaiyyət, siyasi qüvvələrin müzakirəsinə hazır olan detallar və  təkliflər, mövzular olarsa, biz bunu mütləq edəcəyik”, -  Paşinyan əlavə edib.
 
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan avqustun 31-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçiriblər. Bu iki dövlət başçısının 2020-ci il müharibəsindən sonra sayca dördüncü görüşü olub. Tərəflər sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələləri müzakirə ediblər. 
 
Məhluqə Tağıyeva

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol