• $
  • €
  • ₽
  • ₺
  • £

Blinken Rusiyanı tənqid edib

Blinken Rusiyanı tənqid edib
21.09.2022 12:02
Vaşinqton Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində planlaşdırılan referendumu Vladimir Putinin "inanılmaz dərəcədə kobud və çarəsiz addımı” adlandırıb.

"Biz hazırda  Rusiyanın Ukraynada aylardır planlaşdırdığı saxta referendumların keçirilməsi imkanlarını nəzərdən keçirməsi barədə xəbərləri görmüşük”, - dövlət katibi Entoni Blinken jurnalistlərə deyib.

Donetsk, Luqansk, Zaporojye və Xerson qondarma xalq respublikalarında Kremlin dəstəklədiyi separatçılar bu həftə Rusiyaya birləşmək üçün səs verəcəklərini bəyan ediblər.

Dövlət Departamenti hesab edir ki, Putinə saxta referendumlar Ukrayna ərazisinin zəbt edilməsinə haqq qazandırmaq üçün lazımdır.

Blinken qeyd edib ki, ABŞ Ukrayna ərazisinin anneksiyasını tanımır.

"Saxta referendum və əlavə qüvvələrin səfərbər edilməsi güc yox, zəiflik əlamətidir və Rusiya siyasətinin uğursuzluğundan xəbər verir”, - Entoni Blinken əlavə edib. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol