• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa Azərbaycana qarşı səhv addımlar atmağa cəhd edir

Fransa Azərbaycana qarşı səhv addımlar atmağa cəhd edir
11.10.2022 11:44
Bir ildən çoxdur ki, Fransa dövləti Azərbaycanla hələ müəyyənləşməmiş sərhəddə xarici hərbi müşahidəçiləri gətirməyə çalışır və dövlətimizə hər cür təzyiq edir. Bu sözləri deputat Zahid Oruc bu gün Parlamentin növbəti iclasında çıxışı zamanı deyib.
 
"Son Praqa görüşündə yalnız mülki missiyanın, özü də bizim ərazilərə deyil, Ermənistana göndəriləcəyi qərarı prezident İlham Əliyevin hərbi qələbəmizi beynəlxalq diplomatiya səngərində də qətiyyətlə qoruduğunu göstərdi. Bəs avropalı müfəttişlər regiona niyə gəlir? Çünki qəfil başlayan Vətən müharibəsi Qərbin və ayrıca Fransanın uzun illər bölgəni iqtisadi və siyasi təsir altında saxlamasına zərbə vurdu və 10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa ortük altında sərhəddə can atırlar. Məkrli plana dövlətimizin haqlı etirazı əleyhimizə ikinci cəbhənin açılması, sərhəddin səngərə, döyüş zolağına çevrilməsi təhlükəsi ilə bağlıdır", - Zahid Oruc bildirib.

Deputat vurğulayır ki, İlham Əliyev Şarl Mişelin əsil Avropa lideri kimi davranışları ilə müqayisədə Emmanuel Makronun apardığı oyunu pozur.
 
"Yaxın günlərdə Fransa və digər dövlətlərin parlementlərində Azərbaycan əleyhinə qəbul ediləcək qətnamə və qərarların səbəbi ölkəmizin Qərb hərbi kontingentinin regiona gəlişinə sərt müqaviməti ilə bağlıdır. Bir ay əvvəl ölkəmizi hərbi təcavüzdə günahlandıran Fransa müdafiə naziri Sebastyan Lekorno sərhəddə gələn heyətin məhz ordu qüvvələri olacağını açıq deyir. Yəni, neytral qüvvələrin deyil, siyahısı Ağ Ev və Yeliseydən verilən hərbçilər gəlib iki xalqın sərhəddini cızacaqlar. Delimitasiya və demarkasiya komissiyasını Rusiya ilə yaradan Ermənistana haqlı olaraq, Kolllektiv Təhlükəsizlik Təşkilatı da etiraz edib. Çünki formal da olsa bu hərbi blokun üzvü olan dövlət Fransa və Amerika hərbi kontingentini gətirib sərhəddini qoruyan  rus ordusu ilə bir bayraq altına necə yığacaq?İndi regiona sülh gətirmək istəyənlər 2005 və 2011-ci ildə Bakının tələbi ilə işğal olunmuş ərazilərə gedən ATƏT-in Fakt araşdırıcı Missiyasının balalarıdır. O vaxt 7 rayonun yer üzündən silindiyini görməyən, Zəngilana, Qubadlıya gözü bağlı gələnlər indi torpaqlarımıza binoklla baxan hərbi generallarını gətirib Göyçə dağlarına düzmək istəyirlər", - deputat söyləyib.
 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol