• $
  • €
  • ₽
  • ₺
  • £

Vardanyan Qarabağa qayıdıb - Nə dəyişə bilər....

Vardanyan Qarabağa qayıdıb - Nə dəyişə bilər....
15.02.2023 16:23
Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan Qarabağa qayıdıb. Bu barədə  "Caliber" saytı məlumat yayıb. 
 
Fevralın 7-də sayt Vardaryanın Moskvaya getməsi ilə bağlı xəbər paylaşıb.
 
Bir gün sonra isə Ermənistanın "Hraparak" nəşri bildirib ki, Separatçı "Dağlıq Qarabağ respublikası”nın "dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardaryanın Moskvadan qayıtdıqdan sonra könüllü istefa verməsi gözlənilir. 
 
2022-ci ilin sentyabrın 1-də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdüyünü və Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. "Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı 2022- ci il noyabrın 4- də dövlət naziri təyin edib.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin deyir ki, Ruben Vardaniyanın Qarabağdan getməsi "Vardanyan layihəsinin" müəyyən mənada uğursuzluğa düçar  olması demək idi. Onun bir neçə gün sonra geri qayıtması isə hələ də Vardanyan planının qüvvədə olması anlamına gəlir.
 
"Vardaniyanın qayıtmağı onu göstərir ki, Ermənistanda qiyama və yaxud müharibəyə hazırlıq prosesi gedir. Saxta "dövlət naziri" birinci növbədə Ermənistan hakimiyyəti üçün təhlükəlidir. Onun geri çağırılması məsələsi Sahibə Qafarovanın rus spikeri ilə görüşündən sonra baş verdi. Azərbaycanla Rusiya arasında baş verən diplomatik və siyasi proseslərin nəticəsində Rusiyanın Azərbaycan tərəfindən müəyyən gözləntilərin olduğu açıq-aşkar bəllidir. Ehtimal var ki, son baş verənlərdən sonra Rusiya Azərbaycanı hərbi yola əl atmasına sövq edir. Azərbaycan və rus spikerləri konkret bu barədə açıqlama verdi ki, Ermənistan müstəqilliyini itirə bilər. Əgər Rusiya Erməsitanda silahlı qüvvələrə əl atacaqsa, bu Paşinyanın devrilməsi anlamına gəlir. Rusiya və  Azərbaycan dövlət başçılarının telefon danışığı isə iqtisadi, təhlükəsizliklik məsələlərinə yönəlib", - Əlibəyli söyləyib. 
 
Fevralın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Volodin görüş çərçivəsində bildirib ki, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunması yeni problemlər yaradacaq. 

"Avropa Parlamentinə müraciət etməzdən və bəzi məsələlərin həllinə bu qurumu cəlb etməzdən əvvəl biz cavab verməliyik: ümumiyyətlə, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olundu? Belə bir nümunə yoxdur", - Volodin bildirib.
 
Fevralın 14-də İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.
 
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə axşamı mətbuata açıqlama verərək söyləyib ki, İrəvan hazırda Bakı ilə sülh sazişi layihəsinin yeni varinatını hazırlayır və tezliklə yeni mətn Azərbaycana təhvil veriləcək. 
 
Aytac Zeynalova



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol