• $
  • €
  • ₽
  • ₺
  • £

BMT-nin baş katibi Paşinyanla Laçın dəhlizini müzakirə edib

BMT-nin baş katibi Paşinyanla Laçın dəhlizini müzakirə edib
24.02.2023 10:06
Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Azərbaycanın Laçın dəhlizində keçirdiyi aksiyanın detallarını və yaranmış vəziyyəti müzakirə ediblər. 
 
Tərəflər Azərbaycanın Laçın dəhlizinin açılmasının vacibliyini və onun fasiləsiz işləməsinin vacibliyini vurğulayıblar.

BMT missiyasının göndərilməsi məsələsinin müzakirəsini davam etdirmək barədə razılıq əldə olunub. Quterreş bu məsələni diqqət mərkəzində saxlayacağını qeyd edib.

Baş nazir Ermənistanın Laçın dəhlizinin qarşısının alınması üçün müvəqqəti tədbirlərin görülməsi tələbinin təmin edilməsi ilə bağlı Beynəlxalq Məhkəmənin qərarına da əhəmiyyət verib.

Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması, Qarabağda əhalisinin hüquqlarının müdafiəsi və təhlükəsizliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
Fevralın 22-də Beynəlxalq Məhkəmə qərar verib ki, Azərbaycan Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir.
 
Fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyev Münhen görüşündə panel çıxışı zamanı bir daha vurulayıb ki, Laçın dəhlizi humanitar yardımların və sadə vətəndaşların giriş-çıxışı üçün açıqdır. 
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 
Gülnar Nazimqızı 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol