• $
  • €
  • ₽
  • ₺
  • £

Latviya prezidenti Bakıya gəlir

Latviya prezidenti Bakıya gəlir
06.03.2023 12:54
Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Report agentliyi yazıb. 

Dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.
 
Siyasi şərhçi Tural İsmayılovun fikrincə, Azərbaycan və Latviya əməkdaşlığının növbəti bir mərhələyə daşımaqla bağlı görüş olacaq.
 
"Bu gün Latviya Şərqi Avropada önəmli mövqeyləri olan ölkələrdən biridir. Bu səfərə bir neçə kodeksdən nəzər yetirmək lazımdır. Birincisi prezidentin Azərbaycana səfəri bizim üçün vacib nüanslardan biridir. Azərbaycan Avropa Enerji Təhlükəsizliyində xüsusi rol oynayır. Latviya buna xüsusi diqqət yetirir.  Dəfərlərlə latviya və Azərbaycan arasında müxtəlif biznes formlar keçirilib. Baş tutan tədbirlərdə Azərbaycan və Latviya şirkətlərinin biznesmenləri arasında görüşlər təşkil olunub. Eyni zamanda iki ölkə arasında həm iqtisadi, həm də mədəni əlaqələrdə saysız sənədlər imzalanıb. Fikrimcə, Azərbaycanla Latviya əməkdaşlığının növbəti bir mərhələyə daşımaqla bağlı razılq əldə edəcəklər",- siyasi şərhçi əlavə edib.
 
Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyan ölkələrdən olub. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə başlayıb. 
 
Azərbaycanın Latviyada Səfirliyi 2005-ci il,  Latviyanın isə Azərbaycandakı Səfirliyi isə 2006-cı ildə açılıb.
 
1997-ci il martın 7-də "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" yaradılıb və ilk rəhbəri Yusif Vəkilov olub. 2016-cı ili martın 4- dən Kamran Bayramov işçi qrupunun rəhbəridir.

Latviya Seymində isə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Roman Naudinşdir.

İndiyədək iki ölkə  arasında 43 sənəd imzalanıb.
 
Azəraycanda 47 Latviya şirkəti  tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.

Aytac Zeynalova



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol