Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində Ərdoğanın rəqibi CHO lideri Kemal Kılıçdaroğlu olacaq. Bu barədə Türkiyənin habertürk saytı məlumat verib.
Bildirilib ki, bu barədə qərar bu gün "altılı masa”nın keçirilən iclasında alınıb. İclasdan sonra Kılıçdaroğlu tərəfdarları qarşısında çıxış edib.