• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni seperatçıları görüşünün arxasında nə durur? - ŞƏRH

Erməni seperatçıları  görüşünün arxasında nə durur? - ŞƏRH
09.06.2023 19:14
Qarabağ separatçılarının lideri Arayik Arutyunyan "dövlət naziri” "vəzifəsindən” uzaqlaşdırılmasına baxmayaraq, Azərbaycan ərazisində müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında yaşamaqda davam edən rusiyalı oliqarx Ruben Vardanyanla görüşüb. Bu barədə Ermənistanın "Hraparak” qəzeti məlumat verib.
 
Qəzetin yazdığına görə, bu görüşün keçirilməsinə səbəb Qarabağda yaşayan və bu marşrutdan istifadə edən erməni azlığı üçün  Xankəndi-Gorus marşrutu ilə sərnişin daşımalarının başlanmasının elan edilməsi olub. 

Vardanyanın deyib ki, belə bir reysin açılması separatçıların guya onların elan etdiyi qırmızı xətti keçdiyi anlamına gəlir.

Deputat Azər Badamovun sözlərinə görə, Vardanyan üçün nə Qarabağdakı ermənilər, nə də separatçı çağırışların icrası maraqlı deyil.
 
"Cinayət yolları ilə pul qazanaraq milyarder olmuş Ruben Vardanyan Qarabağda Rusiyanın planlarının icraçısıdır. Ona görə də Rusiya sülhməramlıları onunla görüşür və müzakirələr aparır. Vardanyan saxta dövlət naziri vəzifəsindən kənarlaşdırılsa da Xankəndində yaşamaqda davam etməsi və separatçı meyllərin inkişaf etdirilməsi işlərini Rusiyanın tapşırıqı əsasında icra edir. Əslində Vardanyan üçün nə Qarabağdakı ermənilər, nə də separatçı çağırışların icrası maraqlı deyil. Onun üçün əsas məsələ nə yolla olursa olsun pul qazanmaqdır. Vardanyan  ona tapşırıq verilmiş dairənin tapşırığını icra etmədən geri qaytsa ola bilsin ki, milyardları əlindən çıxmasından qorxur. Ona görə də Xankəndində qalmaqda davam edir və separatçı çağırışlar edir. Amma həm Vardanyan, həm də Vardanyanın arxasında dayananlar bilməlidirlər ki, Prezident İlham Əliyevin Laçından etdiyi çağırış onlar üçün verilmiş son şansdır. Əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr ordumuz  sülhməramlıların nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatı keçirməli olacaq. Onda onlara heç kim kömək edə bilməycək", - deputat bildirib.
 
Siyasi ekspert Əziz Əlibəyli bildirir ki, Arayik Artunyanın atdığı addımların arxasında Rusiya dayanır.
 
"Arayik Artunyan hələ də bölgədə ona görə qalır ki, az da olsa ümid edir ki, onun Azərbaycan tərəfindən ortadan qaldırılması və yaxud ölkədən qaçması durumunda bölgədəki rəhbərliyi ələ keçirsin. Təbii ki, bu Rusiyadan ona verilmir bir tapşırıqdır və oda öz növbəsini gözləyir. Bu mənada Artunyanın bu cür məsələlərə münasibət bildirməsi sırf həmin məqsəddən qaynaqlanır və hesab edirəm ki, Ruben Vardanyan buna görə də bütün təşəbbüsü öz əlində saxlayır", - ekspert bildirib.
 
"Troyka Dialoq” investisiya şirkətinin təsisçisi və keçmiş sahibi Ruben Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gəldiyini bildirib. 
 
2022-ci ilin Noyabrda Arutyunyanın fərmanı ilə Vardanyan qondarma qurumun dövlət naziri təyin edilib.
 
İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
Eltac Nurullazadə
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol