• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda ərzaq böhranı yaşanırmı?

Qarabağda ərzaq böhranı yaşanırmı?
25.06.2023 20:35
Xankəndində ərzaq qıtlığı yaranıb.  Bu barədə Qarabağın sülhməramlıların nəzarəti altında olan ərazisində yaşayan əhaliyə məxsus media məlumat verir.
 
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Qarabağdakı erməni əhali ilə bağlı humanitar vəziyyət getdikcə pisləşir.  
 
Baş nazirin sözlərinə görə, humanitar vəziyyətin pisləşməsi Azərbaycanın Laçın dəhlizini hər iki istiqamətdə bağlaması ilə bağlıdır.
 
Siyasi şərhçi Tural İsmayılov bildirir ki, Qarabağda hər-hansı bir ərzaq qıtlığından söhbət gedə bilməz. 
 
"Ümumiyyətlə seperatçıların nəzarət etdiyi bölgələrdə media yoxdur. Orada Ermənistandan və Rusiyadan müəyyən maliyyə yardımları alan və bu maliyyə yardımlarını təxribata, terrora xərcləyən qüvvələr var. Daha əvvəl Xankəndi-Laçın yolundakı aksiyalar zamanı da bu təxribatdan istifadə edərərək orada vəziyyətin gərginləşməsi ilə bağlı bir süni gündəm yaratmağa çalışırdılar. Amma sonra aydın oldu ki, Azərbaycanın hansısa bir formada humanitar məsələlərdə oraya təzyiq göstərmək kimi bir məqsədi yoxdur. Azərbaycan hər zaman ədalətin yanında yer alıb və heç zaman Xankəndi və ətrafında yaşayan Azərbaycan vətəndaşı olmalı olan Ermənilərin üzərindən hansısa humanitar problemlərin yaranmasına imkan verməyib. Hesab edirəm ki, bu məsələ ətrafında vəziyyəti gərginləşdirmək yersizdir. Məsələ budur ki, hal-hazırda orada separatçılar əhalinin hissləri ilə oynamaqla məşğuldur. Əgər Xankəndində hansısa bir formada qida rasionunda problemlər varsa, bunun səbəbini oradakı seperatçı rejimin arxasında dayanan qüvvələrdə axtarmaq lazımdır", - siyasi şərhçi deyib.
 
Siyasi ekspert Azər Qasımlı isə Azərbaycanın bu məsələ ilə bağlı bəyanat verməli olduğunu düşünür.
 
"Məncə Azərbaycan hökuməti çıxıb faktlarla bütün dünyaya bəyan etməlidir ki, ya bu yolu bağlamayıb, ya da bağlasa da, bildirməlidir ki, ərzaq daşıyan, humanitar məsələlərlə bağlı olan maşınlara məhdudiyyət qoymur. Yəni hər iki halda səbəb göstərməlidir. Bunu Azərbaycan tərəfi deməyənə qədər, bu məsələ ilə bağlı fikir bildirmək çox çətindir. Orada Rusiyanın hərbi kontingenti var. Mən dəfələrlə bildirmişəm ki, Azərbaycan iqtidarı yalnız Ermənistanla deyil, paralel olaraq Rusiya ilə də bu məsələni danışmalıdır. Ermənistan Rusiyanın əli ilə sərhədi poza bilər, amma buna görə gedib Ermənistanın üzərinə düşmək yox, ilk növbədə Rusiya ilə danışıqlar aparmaq lazımdır. Çünki statusa nəzarət edən onlardır. Əgər onlar bunu edə bilmirlərsə bölgəni tərk etməlidir. Blokada məsələsi ağır məsələdir, çünki orada əhali yaşayır və dünya ictimaiəti buna birmənalı olaraq mənfi yanaşır. Bundan sonra da Azərbaycan bəyanat verməyənə qədər, Ermənistan tərəfi bunu blokada kimi qələmə verəcək”, siyasi ekspert bildirib.
 
İyunun 15-də Azərbaycanın Ermənistanla sərhəddə qurduğu Laçın sərhəd buraxılış məntəqəsinə Ermənistan ərazisindən atəş açılıb. Nəticədə Dövlət Sərhəd Xidmətinin bir hərbçisi yaralanıb. 

Azərbaycan bu insidentdən sonra məsələ ilə bağlı araşdırma həyata keçirdiyini bildirib. Baş prokurorluq aydınlıq gəlməyənə qədər sərhəd buraxılış məntəqəsinin açılmamasını məqbul sayması barədə bəyanatla çıxış edib. 

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ərazidə humanitar böhran olduğu barədə Ermənistan tərəfindən aparılan propaqandanın heç bir əsası yoxdur.
 
Eltac Nurullazadə
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol