• $
  • €
  • ₽
  • ₺
  • £

Krım hadisələrinin Dağlıq Qarabağa təsiri varmı? - KÖŞƏ

Krım hadisələrinin Dağlıq Qarabağa təsiri varmı? - KÖŞƏ
08.03.2014 00:12
Tanrı son 20 ildə bizim taleyimizi elə yönləndirib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa vəziyyət dəyişməsindən özümüzə təsəlli verməklə keçinmişik. 2008-ci ildə Rusiya Gürcüstana hücum edərkən hər kəs Dağlıq Qarabağda müharibənin başlayacağından danışırdı. Bu sırada son olaraq Soçidə keçirilən qış olimpiadasını qeyd edə bilərik. Bəzi politoloqlar Rusiyanın başının qış olimpiadasına qarışacağını və Azərbaycanın torpaqlarını azad etmək üçün müharibəyə başlayacağını deyirdilər. Hətta cəbhədə ermənilərin atəşkəsi pozması, baş verən hücumların isə təsadüfi olmadığını deyirdilər. Bəlkə də Azərbaycan sınaq mərhələsində idi. Ermənistan nə qədər hansı oyunun içində idisə, bunu zaman keçdikcə anladıq.Ukraynada hadisələr başlayar-başlamaz Rusiya siyasi qütb kimi bütün oyunların mərkəzində olduğunu sübut etdi. Rusiya plan baş tutmayınca - Yanukoviç hakimiyyəti devriləndən sonra Krım məsələsi gündəmə gəldi. Bu gün Krım üzərində Rusiya ilə qərb üz-üzə gəlməkdədir. Qərb Ukraynanın ərazi bütövlüyünün qorunması, Rusiya isə rəsmi açıqlamalarda buna tərəfdar olsa da, əməldə Krımda rusları müdafiə etmək adı ilə işğal siyasətinə əl qoyması ilə tarixə düşdü. Bu ərəfədə yenə Dağlıq Qarabağ məsələsi gündəmə gəlir. Qarabağ Azadlıq Təşkilatı yaydığı bəyanatda dünyada yeni situasiyanın yarandığını və müharibəyə başlamağın zamanının çatdığını elan edir: “Ukraynada və onun ətrafında baş verən hadisələr dünyada yeni situasiyanın yarandığını göstərən əlamətlərdəndir. Ukrayna hadisələri qərblə Rusiya arasında qarşıdurmanı yenidən açıq müstəviyə keçirib. Əsas nəticələrdən biri ondan ibarətdir ki, Rusiya Ukraynada istədiyini edə, hakimiyyətə gətirdiyi prezidenti yerində saxlaya bilmədi”. Məsələnin həqiqət tərəfi odur ki, qeyd etdiyim son hadisələrin gedişində “Rusiya mifi” dağıdıldı, xüsusilə də 2008-ci il  Gürcüstan hadisələrindən sonra yaranmış “rus xofu” aradan qalxdı. Aydın oldu ki, Rusiya görünən və ya göstərilən qədər də “hər şeyə qadir”, “hər şeyi nəzarətdə saxlayan” ölkə deyilmiş. Rusiyanın rolu və gücünü həddindən artıq şişirtməyə, Dağlıq Qarabağ məsələsinin həllində Rusiya amilindən çəkinməyə ehtiyac yoxdur. Digər tərəfdən, yaranmış vəziyyətdə Rusiya Dağlıq Qarabağ məsələsinə ciddi müdaxilə etmək imkanlarını itirməkdədir. Məsələ ilə bağlı Qərbin gizlin razılığı əldə olunarsa, torpaqların işğaldan azad olunması üçün müharibəyə başlamaq olar. Təbii ki, bu müharibə XXI əsrin şərtlərinə uyğun olaraq qısa müddətli və operativ olacaq. Bir sözlə, dünyada siyasi qütblərarası savaş Rusiyanın əleyhinə işləyir və sərhədlər getdikcə Rusiyanın ərazilərinə yaxınlaşır. Rusiya əlində saxlamağa çalışdığı kartları uduzmağa davam edir. Nə qədər hiyləgər və işğalçı siyasətindən əl çəkməsə belə. Proseslərdən belə aydın olur ki, Azərbaycan Dağlıq Qarabağ problemini öz xeyrinə həll etmək üçün mövcud vəziyyəti saxlayıb anti-Rusiya sərhədlərinin yaxınlaşdığı günü gözləməli və yaranacaq sitiasiyaya hazır olub ondan yararlanmalıdır.Seymur HəsənliANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol