• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov 84 əməkdaşını işdən çıxartdı

Ramil Usubov 84 əməkdaşını işdən çıxartdı
05.03.2014 13:23
2013-cü ildə Daxili İşlər Nazirliyi sistemində korrupsiya hüquqpozmaları ilə əlaqədar 60 fakt aşkarlanıb.  Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub. Məlumata görə, hesabat dövründə korrupsiya hüquqpozmaları ilə əlaqədar Daxili İşlər Nazirliyinin 106 əməkdaşi barəsində qanuni ölçülər götürülüb, onlardan 84-ü xidmətdən xaric edilib, 20-si tutduğu vəzifədən azad olunub, 2 əməkdaş barəsində digər intizam tənbehi tədbirləri görülüb. Hesabatda həmçinin qeyd olunub ki, hadisə yerlərindən götürülmüş 3726 əl-barmaq izi, 2958 şübhəli şəxsin daktiloskopik xəritəsi əl-barmaq izlərinin eyniləşdirilməsinin avtomatlaşdırılmış AFİS sisteminin bazasında olan izlərlə yoxlanılıb, 102 cinayətin açılması təmin edilib. Məlumata görə, "102" xidmətinə 215502, o cümlədən 13651 cinayət xarakterli məlumat daxil olub, onlardan 20,3 faizi üzrə cinayət işi başlanıb, 246 cinayət, o cümlədən 27 qəsdən adam öldürmə, hərəsi 5 fakt olmaqla qəsdən adam öldürməyə cəhd və quldurluq, 6 sağlamlığa ağır zərər vurma, 8 soyğunçuluq, 15 nəqliyyat vasitəsinin qaçırılması, 97 oğurluq, 46 oğurluğa cəhd və s. "isti izlərlə" açılıb. Hesabatda həmçinin qeyd olunub ki, iqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı aparılan mübarizə tədbirləri ilə qanunsuz dövriyyədən ümumi məbləği 98 min manat təşkil edən 2267 ədəd saxta əsginas, həmçinin saxlama müddəti ötmüş 300 tona yaxın tikinti materialı çıxarılıb. Aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlərlə müvafiq icazəsi, qeydiyyatı və yaşama hüququ verən sənədləri olmayan 637 əcnəbi müəyyən edilərək ölkə hüdudlarından kənara çıxarılıb. Qanunsuz dini təbliğatla məşğul olan 88 nəfər barəsində hüquqi məsuliyyət tədbirləri görülüb, habelə istehsalına və idxalına müvafiq icra orqanlarının razılığı alınmamış 1817 ədəd dini ədəbiyyat, 654 broşüra və 1288 ədəd disk aşkarlanaraq götürülüb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol