• $
  • €
  • ₽
  • ₺
  • £

Mirzoyan Naxçıvanla dəhlizin açılmasından danışıb

Mirzoyan Naxçıvanla dəhlizin açılmasından danışıb
23.01.2024 18:05
Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında marşrut üzrə hərəkəti sadələşdirməyə hazırdır, lakin dəhliz olmayacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

"Azərbaycan istəyir ki, bu marşrutda pasport və gömrük rejimləri fəaliyyət "göstərməsin" ki, bu da bizim üçün qəbuledilməzdir. Biz müəyyən sadələşdirmələrə hazırıq, lakin dəhliz məntiqini qəbul etməyəcəyik", - o vurğulayıb.

Mirzoyan qeyd edib ki, kommunikasiyaların açılması təkcə Azərbaycanla Naxçıvan arasında deyil, həm də bütün regiona aiddir. 
 
Deputa Fazil Mustafa bildirib ki, bu Ermənistanın üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsindən imtina etməsi deməkdir. 
 
"Bu təkcə Ermənistanın istəyi ilə həll olunan məsələ deyil. Bu üçtərəfli bəyanatda nəzərdə tutulan məsələdir. O deməkdir ki, üç tərəfli bəyanatın müddəaları həyata keçirilmir. Ermənistan bundan imtina edir. Sadələşmənin hansı forması olacaq? Necə yəni Azərbaycan Naxçıvanla əlaqə yaratmaq istəyəcək və Ermənistanda xüsusi gömrük kontrolundan keçib getməlidir? Belə bir şeymi ola bilər? Sadələşmənin ən yaxşı yolu gömrüksüz hərəkətdir. Bu təbii ki, o avtomobillərə aiddir ki, onlar Naxçıvana gedirlər. Beynəlxalq yüklər təbii ki, hansısa formada gömrük nəzarətindən keçməlidir və Ermənistan da bunu bir dövlət kimi edə bilər. Amma digərlərinə bunun şamil edilməsi yol hərəkətinin müəyyən dərəcədə mürəkkəbləşdirilməsidir. Ona görə də bu məsələ ətrafında ciddi bir müzakirə olmalıdır. Bunun hansısa formada əngəllənməsi münasibətlərin qurulmasının çətinləşməsi deməkdir. Ermənistan bu mövzu ətrafında bir də düşünməlidir. Onun adını dəhliz qoyarsa, qoymazsan , amma əsas məsələ odur ki, yol açılmalıdır və yol təhlükəsizliyi təmin olunmalıdır ki, Azərbaycan vətəndaşları Naxçıvana gedib  gələ bilsin", - deputat əlavə edib.

 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, Azərbaycanın tələb etdiyi mövqe bir başa maneəsiz yüklərin və şəxslərin keçidinin təmin edilməsidir.
 
"Azərbaycan nə üçün Mirzoyanın təklif etdiyi şərtləri qəbul etmədi? Çünki Ermənistanda belə bir infrastruktur inşa olunarsa, ona da milyardlarla vəsait lazımdır. İnfrastruktur qurulandan sonra Ermənistan Naxçıvanla münasibətlərin təkminləşdirilməsi deyil, əksinə Ermənistanın əlində Azərbaycan və Türkiyəyə qarşı təzyiq mexanizminə dönürsə, bu təklifdə də özünü göstərəcək. Bu vasitə ilə razılaşdırmaq mümkün deyil. Bir sözlə icrası baş verməyən açiqlamadır",- ekspert əlavə edib.

Aytac Zeynalova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol