• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev keçmiş prezidentə orden verdi

İlham Əliyev keçmiş prezidentə orden verdi
19.02.2014 14:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşevi qəbul edib.

İnquşetiyanın keçmiş Prezidenti Ruslan Auşevin ölkəmizin və xalqımızın böyük dostu olduğunu vurğulayan dövlət başçısı onun regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak etdiyini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını yüksək dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə, Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.

Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşev ona Bakıda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninin təqdim olunmasından böyük qürur hissi keçirdiyini dedi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etdi.

Ruslan Auşev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin də onda dərin təəssürat yaratdığını deyib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol