• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

AŞPA-da Azərbaycan əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb

AŞPA-da Azərbaycan əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb
24.08.2024 23:11

AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər "arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib.

"İlk növbədə qeyd etmək istərdim ki, bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir. Siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir. Bununla yanaşı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində tərəfimizdən atılan addımlar və apardığımız müstəqil siyasətin Şvabe kimi şəxslərin məkrli niyyətləri ilə üst-üstə düşmədiyi, onları narahat etdiyi bir faktdır.
Frank Şvabeyə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir.
Azərbaycan-Rusiya ilə münasibətlərdən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın "Qazprom” şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi.
Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir.
Şvabenin COP29 çərçivəsində ölkəmizə səfər etmək niyyətinə gəldikdə qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər "arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.
Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq", - Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, Almaniya Parlamentinin üzvü Frank Şvabe "Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi zamanı, Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Haaqa Məhkəməsinə Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib
Siyasət 11:04
Azərbaycan Haaqa Məhkəməsinə Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib
Prezident Türkiyənin yeni səfirini qəbul edib
Siyasət 10:22
Prezident Türkiyənin yeni səfirini qəbul edib
Bayramov Almaniyaya rəsmi səfərə gedib
Siyasət 10:07
Bayramov Almaniyaya rəsmi səfərə gedib
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində
Siyasət 22:32
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində
Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
Siyasət 21:30
Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
Siyasət 20:34
İsrailin İrana hücum etməsini istəyirlər -Pəzeşkiyan ABŞ-ı ittiham edir
“Rus Evi”nin rəhbəri danışdı
Siyasət 17:29
“Rus Evi”nin rəhbəri danışdı
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Siyasət 15:13
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Siyasət 14:20
Ermənilər Avropa İttifaqına qoşulmaq qərarına gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol