• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov "Quran" azərbaycanca oxunmasını dəstəklədi

Oqtay Əsədov "Quran" azərbaycanca oxunmasını dəstəklədi
29.05.2020 04:25
Azərbaycan Milli Məclisində bəzi din xadimlərinə, ruhanilərə, mollalara və dini məsələlərlə məşğul olan qurumlara iradlar tutulub.APA-nın məlumatına görə, müzakirələr zamanı deputat Gövhər Baxşəliyeva təklif edib ki, ümumiyyətlə, Azərbaycan qanunlarında din-dövlət münasibətlərinin tənzimlənməsinə yenidən baxılmalıdır. O, təəssüflə qeyd edib ki, müxtəlif regionda vətəndaşlarımız İslam dinini istədikləri  formada qavrayırlar: “Çox vaxt da həqiqətdən kənarda qalırlar ki, bu da fəsad törədir. Buna nəzarət eləmək lazımdır”. G.Baxşaliyeva mollaların və bəzi ruhanilərin savadsızlığından da şikayətlənib. Spiker Oqtay Əsədov isə deputata cavab olaraq onunla razı olduğunu bildirib: “Bu kimi məsələlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edir və edəcək. Ən əsası da odur ki, İslamın müqəddəs kitabı Qurani-Kərim əhalinin böyük qisminin bilmədiyi ərəb dilində təbliğ olunur. Quranda İslamın çox gözəl mahiyyəti müfəssəl açıqlanır, amma bizim ruhanilər, mollalar onu məscidlərdə, yas mərasimlərində ərəbcə təbliğ edirlər ki, bunu da heç kim başa düşmür və formal xarakter daşıyır. Məsələn, Bakının elə kəndləri var ki, orada Quran Azərbaycan dilində oxunur və insanlar bunu başa düşür. Bu da həmin yerlərdə yaxşı effekt verir. Bizim ruhanilər, din xadimləri və bu işə nəzarət edənlər İslamı vətəndaşlara başa düşdüyü dildə təbliğ etməlidir ki, ayrı-ayrı qüvvələr yaranan boşluqdan istifadə etməsin”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol