• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakıdan Blinkenin qərəzli bəyanatına cavab

Rəsmi Bakıdan Blinkenin qərəzli bəyanatına cavab
11.12.2024 23:18
11 dekabr 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan əleyhinə bəyanatına dair şərhində deyilir.

"Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir.
Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur.
Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq” - , məlumatda vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN İspaniyaya başsağlığı verib
Siyasət 19:01
XİN İspaniyaya başsağlığı verib

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Siyasət 11:08
İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Siyasət 19:41
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Siyasət 14:00
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Siyasət 11:25
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Siyasət 10:54
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Prezident Forumda çıxış edir
Siyasət 10:02
Prezident Forumda çıxış edir
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Siyasət 22:29
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
Siyasət 19:19
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol