• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsulzadənin məzarı ziyarət olunacaq

Rəsulzadənin məzarı ziyarət olunacaq
29.05.2020 04:23
“Azərbaycan Xalq Cümhuriyyət tarixinin bir çox səhifələri var ki, Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə əlaqədar onlar dərindən araşdırılmalıdır”.APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, cümhuriyyət tarixinin öyrənilməsinə dair Dehli, Paris, Moskva, Sankt-Peterburq, London, İstanbul və Ankaradan xeyli sənədlər gətirilib: “Bu sənədlər cümhuriyyət tarixini öyrənmək üçün tarix qarşısında yeni səhifələr açır. Cümhuriyyətin tarixi ilə bağlı bir çox məsələlərə yenidən baxmaq lazımdır. Təəssüf ki, bu günə kimi Azərbaycan Xalq Cümhuriyyətinin şimal qonşuları ilə tarixi araşdırılmayıb. Cümhuriyyət elan olunan səhəri gündən Moskvada ermənilər birləşərək bu dövləti qan içində boğmaq üçün planlar hazırlayıb. Bununla bağlı Ukraynada xeyli sənəd ehtiyatı var və hazırda orada onların təhlili istiqamətdə iş aparılır. Bundan əlavə, cümhuriyyətin Mərkəzi Asiya ölkələri ilə əlaqələrini araşdırmalıyıq”. Y.Mahmudov qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının istiqlal çağırışında xüsusi rol oynayan, bundan sonra da öyrəniləsi bir tarixi şəxsiyyətdir. Onun sözlərinə görə, prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamından sonra ölkədə çox ciddi işlər görülür: “İlk dəfə AMEA-nın Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənən şöbə yaradılıb. Bu, cümhuriyyət dövrünə çox böyük töhfədir. Bundan əlavə, arxivdə böyük işlər gedir. Heydər Əliyevin göstərişi ilə hazırlanan 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın təkmilləşdirilməsi istiqamətində işlər gedir və bu yaxınlarda ensiklopediya kütləvi tirajla çap olunacaq. Yanvarın 31-də Azərbaycandan dövlət nümayəndə heyətinin iştirakı ilə Məhəmməd Əmin Rəsulzadənin qəbiri ziyarət ediləcək”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
İlham Əliyev Kamboca Kralını təbrik edib
Siyasət 11:48
İlham Əliyev Kamboca Kralını təbrik edib
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Siyasət 08:55
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Siyasət 08:46
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol