• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Ermənistan öhdəliklərini yerinə yetirməlidir - Əliyev

 Ermənistan öhdəliklərini yerinə yetirməlidir   - Əliyev
28.01.2025 16:30
Azərbaycanın Ermənistana  ərazi iddiası yoxdur. Lakin Ermənistan öhdəliklərini yerinə yetirməlidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
 
"Zəngəzur dəhlizi" termini Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra  beynəlxalq gündəmə gətirilib, beynəlxalq lüğətə daxil edilib və bu gün artıq Zəngəzur dəhlizi dünyada qəbul edilən ifadəyə, terminə çevrilib.  Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq", - İlham Əliyev  nəqliyyat məsələlərinə həsr olunan müşavirədə bildirib. 

Ermənistanın "Sülh qovşağı" layihəsi barədə danışan Prezident bildirib ki, bu layihəni dünya üzrə təqdim etmədiyi ölkə qalmayıb. 

"Lakin bu layihə Azərbaycansız heç bir dəyər daşımır. Əgər siz bu layihəni həqiqətən həyata keçirmək istəyirsinizsə, ilk növbədə Azərbaycana müraciət etməlisiniz, çünki bizsiz bu layihə sadəcə bir kağız parçasıdır. Bizim irəli sürdüyümüz şərtlər isə ədalətlidir, beynəlxalq hüquqa və Ermənistanın öz öhdəliklərinə əsaslanır", - dövlət başçısı vurğulayıb.

İlham Əliyev həm beynəlxalq səviyyədə, həm də Ermənistanla ikitərəfli təmaslarda Azərbaycan ərazisindən Azərbaycana maneəsiz keçidin təmin olunmasının əsas tələb olduğunu vurğulayıb.

"Azərbaycanın Azərbaycanla maneəsiz və sərbəst əlaqəsi təmin olunmalıdır. Bu keçid heç bir yoxlama və maneə olmadan həyata keçirilməlidir",  -  Əliyev deyib. 

Prezident əlavə edib ki, 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Azərbaycandan alaraq azərbaycanlılara qarşı tarixi cinayət törədib.

"Biz Zəngəzuru unutmadıq və unutmayacağıq. Yenidən vurğulayıram, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Lakin Ermənistan *öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməlidir."

İlham Əliyev yanvarın 28-də  nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirib. Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol