• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri ilə telefonla danışıb

Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri ilə telefonla danışıb
19.03.2025 19:50

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefon danışığı aparılıb.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun, habelə Minsk Qrupunun və ATƏT-in digər aidiyyəti strukturları ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkil etdiyi, Sazişin imzalanması üçün bu maneələrin aradan qaldırılmasının vacib olduğu vurğulanıb.

Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan separatçı liderlərin və erməni əsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verərək, antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib. Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittiham olunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol