• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

Azərbaycanla enerji və sülh əməkdaşlığı dərinləşir - Kallas

Azərbaycanla enerji və sülh əməkdaşlığı dərinləşir - Kallas
25.04.2025 13:55

Aİ və Azərbaycan arasında yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqların yenidən başlanmasına razılıq verilib. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas  Bakıda keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Azərbaycan regionda Aİ üçün mühüm tərəfdaşdır, xüsusilə enerji sahəsində əməkdaşlıq son illər daha da güclənib.

“Siz Avropa İttifaqına enerji təchizatını şaxələndirməkdə və enerji təhlükəsizliyimizi möhkəmləndirməkdə yardımçı oldunuz – bu, dünya miqyasında görünməmiş çağırışların yaşandığı dövrdə baş verdi,” –  Kallad vurğulayıb.

O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı və 2024-cü ildə COP29 iqlim sammitinə ev sahibliyi etməsini də yüksək qiymətləndirib.

Avropa İttifaqı rəsmisi bildirib ki, bu əməkdaşlıq qarşılıqlı hörmətə, o cümlədən Aİ üzv dövlətlərinə, hüququn aliliyinə və insan hüquqlarına hörmət prinsiplərinə  əsaslanmalıdır . 

Kallad əlavə edib ki, Aİ hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri sərmayəçisidir, həmçinin ölkədə mina təmizləmə prosesinə ən çox dəstək verən tərəflərdəndir.

“Bu gün prezident İlham Əliyevlə və xarici işlər naziri ilə ticarətin artırılması, Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi imkanlarını müzakirə etdik,” – o bildirib.

Kallas həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəklədiyini vurğulayıb və qeyd edib ki, tərəflər sülh sazişi mətni üzrə razılıq əldə ediblər.

“Bu razılaşma tərəflər üçün uzunmüddətli və dayanıqlı sülhə nail olmaq imkanı yaradır. Avropa İttifaqı bu prosesi dəstəkləməyə davam edəcək,” – o əlavə edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir qərar imzalayıb
Siyasət 15:28
Baş nazir qərar imzalayıb
Prezidentlə xanımı Roma Papasının ölümü ilə əlaqədarMüqəddəs Məryəm Ana kilsəsində olub
Siyasət 14:23
Prezidentlə xanımı Roma Papasının ölümü ilə əlaqədarMüqəddəs Məryəm Ana kilsəsində olub
Azərbaycanla enerji və sülh əməkdaşlığı dərinləşir - Kallas
Siyasət 13:55
Azərbaycanla enerji və sülh əməkdaşlığı dərinləşir - Kallas
Azərbaycan Ermənistanı revanşist siyasətdə suçlayıb
Siyasət 13:51
Azərbaycan Ermənistanı revanşist siyasətdə suçlayıb
Avropa İttifaqı ilə ticarət dövriyyəsi 20 milyard ABŞ dolları olub
Siyasət 13:35
Avropa İttifaqı ilə ticarət dövriyyəsi 20 milyard ABŞ dolları olub
Ceyhun Bayramov Kaya Kallası qarşılayıb, ikitərəfli görüş başlayıb
Siyasət 12:58
Ceyhun Bayramov Kaya Kallası qarşılayıb, ikitərəfli görüş başlayıb
Əliyev ATƏT-in Baş katibini qəbul edib
Siyasət 11:54
Əliyev ATƏT-in Baş katibini qəbul edib
Prezident Kaya Kallası qəbul edib
Siyasət 11:06
Prezident Kaya Kallası qəbul edib
Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə CAVAB
Siyasət 23:06
Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə CAVAB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol