• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri

Bakıdan Moskva paradına "yox" - İlham Əliyevin səfərdən imtina səbəbləri
08.05.2025 06:13

Prezident İlham Əliyevin  mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməməsi AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya rəsmilərinin hələ də cəzalandırılmaması, Azərbaycan deputat Azır Badamovun bu ölkədən deport edilməsi və Azərbaycan media resurslarına Rusiyadan kiberhücumun təşkili olub. Bu barədə Azərbaycan mediası gizli mənbələrə istinadən məlumat verib.

"Mənbələrin bildirdiyinə görə, AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından beş ay keçsə də, Rusiya tərəfi hələ də araşdırma aparmayıb və məsul şəxslər müəyyən olunmayıb. Bundan əlavə, Azərbaycanın bəzi media orqanlarına qarşı həyata keçirilən kiberhücumların Rusiya mənşəli olduğu təsdiqlənsə də, Moskva bu məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.  Son olaraq, Azərbaycanın Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub. O, Moskva aeroportunda saxlanılaraq deportasiya olunub. Rusiya tərəfi bu insidentə dair izahat verməyib. Bu hallar Prezident Əliyevin Moskvaya səfərini təxirə salmasına səbəb olan başlıca amillər kimi göstərilir",  -  mətbuat məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçiriləcək İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak etməyəcəyi barədə məlumat ilk dəfə Rusiya mətbuatında yer alıb.  Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib.

“Təəssüf ki, Əliyevin gəlməyəcəyi barədə məlumat aldıq. Bildirildi ki, o, Heydər Əliyevə həsr olunmuş daxili tədbirlərdə iştirak etməlidir,” –  Uşakov Life jurnalistinə müsahibəsində bildirib.

Rəsmi Bak hələlik prezidentin Moskvaya səfəri ilə bağlırəsmi məlumat verməyib. 

Rusiya mayın 9-da Moskvanın mərkəzi meydanında SSRİ-nin İkinci Dünya müharibəsində qələbəsi ilə  bağlı parad keçirməyi planlaşdırır və bir çox ölkə prezidentlərinə orada itirak etmələri üçün dəvət məktubu göndərib. Bununla bağlı Rusiya tərəfi Ukraynaya müvəqətti atəşkəs elan etməyi təklif edib. Amma rəsmi Kiyev buna razı olmayıb. 

Hazırda Moskva səması durmadan Ukrayna dronları tərəfindən hücuma məruz qalır.

Ukrayna Prezidenti qeyd edib ki, Kiyevin azı 30 gün müddətinə döyüş əməliyyatlarını dayandırmaq təklifi qüvvədə qalır.

"Biz bu təklifi geri götürmürük — çünki bu diplomatiyaya bir şans verə bilər. Amma sülhə cavab verən tərəf Rusiya deyil — heç bir cavab yoxdur, yalnız yeni zərbələr var. Bu isə hər kəs üçün tam aydın şəkildə göstərir ki, müharibənin mənbəyi kimdir. Rusiya öz aqressiyasına son qoymalıdır və bu, gec-tez baş verəcək. Sadəcə zaman məsələsidir. Müharibə — hər kəs üçün, o cümlədən təcavüzkar üçün də məğlubiyyətdir”,   Zelenski vurğulayıb.

Ukrayna dronlarının Moskvaya yönələn hücumları fonunda  mayın 6-7-də  bir çox Rusiya hava limanlarında, o cümlədən Moskvanın Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında fəaliyyət müvəqqəti dayandırılıb. Nəticədə 350-dən çox aviareys ləğv edilib və ya gecikib, bu isə təxminən 60 min sərnişinə təsir edib.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol