Azərbaycan və Əfqanıstan rəsmiləri iqtisadi və diplomatik əlaqələri müzakirə edib

İyulun 2-də Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Əfqanıstan xarici işlər nazirinin müavini Mohammad Naim Vardak arasında keçirilən görüşdə iqtisadiyyat, ticarət, tranzit-nəqliyyat, diplomatiya, humanitar və konsulluq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, əlaqələrin dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Elnur Məmmədov keçmiş münaqişə zamanı Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə Əfqanıstana təşəkkür edib.
Tərəflər, həmçinin Əfqanıstan nümayəndə heyətinin də iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitinin əhəmiyyətini qeyd ediblər.
Vardak beynəlxalq tədbirə dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edib və bu cür təşəbbüslərin qarşılıqlı anlayışa töhfə verdiyini bildirib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 