Məmməd Məmmədzadə və Bəşir Süleymanlının həbs müddəti uzadılıb

Seçkilərin Müşahidəsi Alyansının direktoru Məmməd Məmmədzadə və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs müddəti Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 12 oktyabra qədər uzadılıb. Bu barədə onların vəkili Bəhruz Bayramov məlumat verib.
Hər iki şəxs 2025-ci ilin martında saxlanılıb.
Onlara vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları irəli sürülüb. İstintaq davam edir.
Aytac
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















