Türkiyə ABŞ-nin Zəngəzur dəhlizini idarə etmək planından xəbərsizdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası ABŞ-nin Zəngəzur dəhlizini idarə etmək niyyətinə dair yayılan məlumatlardan xəbərsiz olduqlarını bəyan edib.
“Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç bir şərh verə bilmərik,” – prezident administrasiyasından RİA Novosti agentliyinə bildirilib.
Son günlər mətbuatda ABŞ-nin regiondakı nəqliyyat-kommunikasiya layihələrinə, o cümlədən Zəngəzur dəhlizinə maraq göstərməsi ilə bağlı məlumatlar yayılıb.
Rəsmi Vaşinqton bu məsələ ilə bağlı hələlik ictimai açıqlama verməyib.
Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək potensial nəqliyyat marşrutu kimi təqdim olunur və regionda geosiyasi balans baxımından mühüm əhəmiyyət daşıyır.
N.Təbrizli
Son xəbərlər
Daha çox 