• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib

Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
21.01.2026 10:26

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.

Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar.

Qeyd olunub ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.

Dövlət başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirilib.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.

Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel:

"Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik".

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki:

"Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm".

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Siyasət 11:45
İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşüb
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək
Siyasət 11:36
Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək

Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Siyasət 11:36
Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Siyasət 10:26
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
Siyasət 09:29
Hər il Azərbaycan xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı ev sahibliyi edəcək - Prezident
İlham Əliyev ikinci neft bumundan danışdı, Avropa investisiyalarının azlığını tənqid etdi
Siyasət 07:32
İlham Əliyev ikinci neft bumundan danışdı, Avropa investisiyalarının azlığını tənqid etdi
Ukraynanın Baş naziri Azərbaycana enerji yardımına görə təşəkkür edib
Siyasət 23:00
Ukraynanın Baş naziri Azərbaycana enerji yardımına görə təşəkkür edib
Prezident Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Siyasət 22:47
Prezident Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb
Əliyev: Azərbaycan Avrasiya nəqliyyat əlaqələrinin əsas qovşaqlarından biridir
Siyasət 20:48
Əliyev: Azərbaycan Avrasiya nəqliyyat əlaqələrinin əsas qovşaqlarından biridir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol