İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə yeni raket hücumu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə NTV telekanalı nazirlikdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfirə Türkiyə hava məkanına daxil olduqdan sonra vurulan ballistik raketlə bağlı Ankaranın narahatlığı çatdırılıb və Tehrandan izahat tələb edilib.
Martın 9-da Türkiyə Müdafiə Nazirliyi İrandan atılan yeni raketin ölkə səmasında vurulduğunu açıqlayıb.
Bildirilib ki, raket Şərqi Aralıq dənizi üzərində NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən məhv edilib.
Raketin qalıqları Türkiyənin cənub-şərqində yerləşən Qaziantep vilayətinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb