Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
Azərbaycan XİN başçısı bu barədə "X" sosial media hesabında paylaşım edib.
"Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!" - Bayramov paylaşımda qeyd edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















