• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
16.07.2026 11:14

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib və Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha bəyan edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, İlham Əliyev Baş nazirin Azərbaycana səfərinin iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Məhəmməd Mustafa Fələstin Prezidenti Mahmud Abbasın salamlarını Azərbaycan Prezidentinə çatdırıb. İlham Əliyev salamlara görə təşəkkür edərək, öz salamlarının da Mahmud Abbasa çatdırılmasını xahiş edib və Fələstin lideri ilə əvvəlki görüşlərini məmnunluqla xatırladığını bildirib.

Fələstində hazırda ağır humanitar vəziyyətin hökm sürdüyünü deyən Məhəmməd Mustafa Azərbaycanın göstərdiyi siyasi və humanitar dəstəyə görə təşəkkürünü ifadə edib. O, xüsusilə Azərbaycanın Fələstində orta məktəb tikintisi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirib.

Görüşdə Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin fəaliyyət göstərməsi, Fələstinin Azərbaycandakı səfirliyinin xərclərinin Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirilib.

Tərəflər Azərbaycanın Fələstinə göstərdiyi maliyyə və humanitar yardımı da müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan 2013-cü ildə keçirilmiş beynəlxalq donor konfranslarının nəticəsi olaraq Fələstinə 5 milyon ABŞ dolları maliyyə yardımı ayırıb, həmçinin BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) vasitəsilə dəstəyini davam etdirir.

Görüşdə təhsil sahəsində əməkdaşlığa da toxunulub. Bildirilib ki, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində 23, ümumilikdə isə 37 fələstinli tələbə Azərbaycanda təhsil alır.

Tərəflər həmçinin Fələstində istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarının güzəştli şərtlərlə Azərbaycana ixracı imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol