• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub

Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
11.08.2026 20:38

Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.

"Report" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlət başçısına və birinci xanıma mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Mərkəzdə əhaliyə 164 növ sosial xidmət göstəriləcək. Burada 117 işçi və 50 könüllü fəaliyyət göstərəcək, gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.

Xidmətlər "bir pəncərə" prinsipi əsasında təqdim ediləcək. Mərkəzdə pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər istiqamətlər üzrə xidmətlər göstəriləcək.

Əlilliyi olan şəxslər üçün tibbi-sosial ekspertiza, reabilitasiya vasitələri ilə təminat və ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də həyata keçiriləcək.

Prezident İlham Əliyev və Mehriban Əliyeva mərkəzdə yüksək texnologiyalı protezlərlə də tanış olublar. Məlumata görə, indiyədək 500-dən çox hərbçiyə 620 belə protez təqdim edilib. Yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər nəticəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-ə yaxın şəxs əvvəlki sağlamlığına qovuşub.

Məlumata görə, reabilitasiya vasitələrinin çeşidi 57-dən 130-a çatdırılıb. Bu ilin əvvəlindən əlilliyi olan şəxslərə 300 minədək müxtəlif reabilitasiya vasitəsi təqdim edilib.

Dövlət başçısına və birinci xanıma DOST mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgi də təqdim olunub. Bu məhsulların "dostart.az" portalı vasitəsilə onlayn satışı həyata keçirilir.

Həmçinin Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması planlaşdırılan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi təqdim edilib.

Mərkəzdə əlilliyi olan şəxslər üçün sosial bacarıqların inkişafı xidmətlərinin istiqamətlərinin 13-dən 20-yə çatdırılması nəzərdə tutulur.

Məlumata görə, DOST mərkəzlərində indiyədək 4,6 milyon sosial xidmət göstərilib və vətəndaş məmnunluğu təxminən 99 faiz təşkil edib.

DOST şəbəkəsinin genişləndirilməsi çərçivəsində 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması planlaşdırılır.

2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, 60 şöbə və məntəqənin daxil olduğu xidmət şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol