• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb

İlham Əliyev Zəngəzur dəhlizinin regional əhəmiyyətini açıqlayıb
11.08.2026 22:37

Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq.Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız Azərbaycanla məhdudlaşmayacaq və daha geniş coğrafiyanı əhatə edəcək.

"Bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq", - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və İran arasında Naxçıvan üzərindən ikinci dəmir yolu bağlantısı yaranacaq.

"Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var", - o deyib.

İlham Əliyev bildirib ki, bu marşrut Şimal-Cənub nəqliyyat dəhlizinin Fars körfəzinə, daha sonra isə Pakistan kimi ölkələrə uzanmasına imkan verə bilər.

Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizindən ildə 15 milyon ton və ya daha çox yükün keçməsi Naxçıvanda iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin açılmasına və bölgənin mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər.

"Buradan keçən, tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan, deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.

İlham Əliyev Azərbaycanın açıq dənizlərə və okeanlara çıxışının olmadığını qeyd edərək, ölkənin Avrasiya nəqliyyat dəhlizlərində mühüm mövqeyə malik olduğunu bildirib.

"Bizi bypass etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu, bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək", - Prezident deyib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol