• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyulub - Yenilənib

Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyulub - Yenilənib
23.08.2026 23:32

Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlini qoyublar.

Park Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və milli ənənələrini əks etdirən ictimai məkan kimi yaradılacaq.

Parkın Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməsi nəzərdə tutulur.

Bakıda “Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan” parklarının salınması iki ölkə arasında tarixi dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın rəmzi kimi qiymətləndirilir.

***

Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları əvvəlcə universitetin rəmzi açılışını bildirən lenti kəsiblər, daha sonra ali təhsil ocağının həyətində ağac əkiblər.

Prezidentlərə universitetin tarixi və burada yaradılmış şərait barədə məlumat verilib.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin əsası 1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutunun yaradılması ilə qoyulub. 1947-ci ildə təhsil müəssisəsi Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu, 1998-ci ildə isə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti adlandırılıb.

Hazırda universitetin strukturunda altı ali pedaqoji məktəb, Birgə Təhsil Ali Məktəbi və magistratura şöbəsi fəaliyyət göstərir. Təhsil ocağında 33 kafedra, bakalavriat üzrə 38, magistratura üzrə 31 ixtisas var.

Universitetdə 730 müəllim və elmi-pedaqoji işçi çalışır, 17 mindən çox tələbə, magistrant və müstəqil tədqiqatçı təhsil alır. Onların arasında altı Azərbaycan vətəndaşı da var. Bundan başqa, 13 ölkədən 250 nəfər universitetdə təhsilini davam etdirir.

Universitet 20 ölkədən 15 beynəlxalq təhsil təşkilatı və 127 ali təhsil müəssisəsi, eləcə də UNESCO və UNICEF ilə əməkdaşlıq edir. Burada 12 birgə təhsil proqramı və Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çinin mərkəzləri fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycanın bir sıra ali təhsil müəssisələri, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlıq birgə elmi tədqiqatları, beynəlxalq konfransları, təhsil və elmi təcrübə mübadiləsini əhatə edir.

"Yeni Daşkənd" ərazisində universitetin 40 hektarlıq sahədə yeni kampusunun tikintisi də davam edir. Layihəyə 20 min nəfərlik tədris korpuslarının və 5 min nəfərlik tələbə yataqxanalarının inşası daxildir. Kampusda Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeylərinin yaradılması nəzərdə tutulur.

Dövlət başçıları universitetin müəllim və tələbələri ilə görüşərək onlarla söhbət ediblər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol