Türkiyənin vitse-prezidenti Azərbaycanın yeni səfiri ilə görüş keçirib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Rəşad Aslanovu qəbul edib.
Yılmaz bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunub.