• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda itkin düşmüş 913 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb

Azərbaycanda itkin düşmüş 913 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb
07.10.2026 10:12

Oktyabrın 1-dək Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində itkin düşən  913 nəfərə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib.

İyunun sonuna olan məlumata görə, 893 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmışdı. Beləliklə, son üç ayda bu göstərici 20 nəfər artıb.

Nağıyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib.

Oktyabrın 1-nə Dövlət Komissiyasında Azərbaycanın 4 010 itkin düşmüş vətəndaşı qeydiyyatdadır. Onlardan 4 004 nəfər Birinci Qarabağ müharibəsi, altı nəfər isə 2020-ci il 44 günlük müharibə zamanı itkin düşüb.

İtkinlərin 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var.

Qalıqların eyniləşdirilməsi məqsədilə itkinlərin yaxın qohumlarından ümumilikdə 11 566 donorun bioloji nümunələri toplanıb.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol